Page 16 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 16
yam Somerset Moem

– Biz Mayklla çörək yemirik. Səfeh Cevonsun da
ağlına gəlməyib ki, siz çörək istəyə bilərsiniz.

Maykl:
– Məncə, çörək yeməyin özü də bir vərdişdi, – dedi, –
əgər qəti qərar qəbul etdinsə, bu vərdişdən xilas olmaq
heyrətamiz dərəcədə asandı.
– Zavallı quzuciyəzim Maykl, lap çubuq kimidir.
– Mən kökəlməkdən qorxduğuma görə çörəkdən
imtina eləməmişəm. Sadəcə, onda bir məna görmə-
diyimdən yemirəm. İndiki halımda mən ürəyim istəyən
hər şeyi həzmi-rabedən keçirə bilərəm.
Əlli iki yaşına görə, Maykl çox yaxşı qalmışdı.
Cavanlığında qalın şabalıdı saçları, gözəl dərisi, iri, mavi
gözləri, sivri burnu və balaca qulaqları ona ingilis
səhnəsinin ən gözəli adını qazandırmışdı. Hündür,
altıfuntluq boyu ilə bərabər o həm də biçimli qədd-
qamətiylə seçilirdi. Elə məhz bu heyrətamiz zahirinə
görə də Maykl atasının yolu ilə getmədi, orduya deyil,
səhnəyə üz tutdu. İndi o şabalıdı saçlar tamam ağar-
mışdı, özü də əvvəlki kimi uzun deyildi, qısa vurul-
muşdu, qırışlar əmələ gələn çöhrəsi enlənmişdi, dərisi
daha şaftalıya bənzərliyini itirmişdi, yanaqlarında piy
əmələ gəlmişdi. Amma gözəl gözlərinin və qədd-qamə-
tinin sayəsində o hələ də kifayət qədər gözəgəlimli idi.
Həyatının beş ilini müharibədə keçirən Maykl da hərb
aləminin isti-soyuğunu əməllicə mənimsəmişdi. Əgər
kimliyini bilməsəydin (əslində, bu, mümkün olan iş de-
yildi, belə ki, onun fotoları bu və digər səbəblərdən illüs-
trasiyalı qəzetlərə əbədi həkk olunmuşdu) onun yüksək
rütbəli zabit olduğunu zənn edərdim. Çəkisinin iyirmi
yaşında olduğu kimi qalmasıyla öyünürdü və artıq uzun
illər idi ki, istənilən havada səhər saat səkkizdə yerindən
qalxıb şort və sviterini əyninə keçirər, Ricents-park boyu
qaçardı.
Gənc dilləndi:
– Miss Lembert, katibə mənə dedi ki, siz bu səhər
repetisiyada olmusunuz. Yeni tamaşa hazırlayırsınız?

16
   11   12   13   14   15   16   17   18   19   20   21