Page 11 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 11
Seçilmiş əsərləri

Maykl düyməni basdı və dərhal katibəsi astanada
peyda oldu.

– Marcori, məktublar hazırdır. Bu günə mənim
hansı görüşlərim var?

Marcorinin oxuduğu siyahını Culiya da qulağının
bir qırağıyla eşidirdi və bekarçılıqdan hər xırdalığına
qədər əzbər bildiyi otağa göz gəzdirirdi. Yüksək
səviyyəli teatrlarda antreprenyorların1 kabineti məhz
belə olmalıdır. Divarlardan Zoffani və de Uayldın teatr
süjetləri əsasında hazırlanan qravürlər asılıb. Kreslo
genişdi, rahatdı. Maykl həmin o çippendeldə2 oturub.
Əsli olmasa da, nüfuzlu mebel firmalarının birindən
alınıb. Onun ağır, şişman ayaqlı stolu da çippendel idi
və kifayət qədər gözəgəlimliydi. Stolda ağır gümüşü
çərçivədə Culiyanın özünün, simmetriya təşkil etməsi
üçün isə oğlanları Rocerin şəkli qoyulub. Onların
arasında nə vaxtsa ad günündə Maykla hədiyyə etdiyi
qiyamət bir gümüş mürəkkəbqabı var. Qarşıda – qızılı
naxışlarla bəzədilmiş qırmızı tumaclı qovluqda isə
Maykl əgər lazım gələrsə, məxsusi məktub yazmaq üçün
kağızlar saxlayırdı. Kağızın üstə belə bir ünvan
yazılmışdı: “Siddons “teatr”, zərflərin üstə isə Mayklın
emblemi vurulmuşdu: qaban başı və onun altında da
deviz: “Nemo me impune lacessit”3. Mayklın aktyorlar
arasında keçirilən qolf yarışında udduğu gümüş
vazadakı sarı tülpanlar Marcorinin ona diqqətindən
xəbər verirdi. Culiya dərin nəzərlərlə ona baxdı.
Saçlarının qısa kəsilib perekislə rənginin soldurulmasına
və dodağının ifrat boyadılmasına baxmayaraq, o, ideal
katibələrə xas görünüşə malik idi. O, Mayklla beş il idi
bir yerdəydi və bu müddət ərzində onun hər cikinə-
bikinə bələd ola bilmişdi. Maraqlıdır, görən ona vurul-
maq necə, ağlına gəlmişdimi?

1 antreprenyor – teatr, sirk və s. saxlayan şəxs
2 çippendel – XVIII əsr ingilis mebeli üslubu
3 Nemo me impune lacessit – mənə toxunan cəzalandırılacaq (lat.)

11
   6   7   8   9   10   11   12   13   14   15   16