Page 13 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 13
Seçilmiş əsərləri

Maşın xidməti çıxışda onları gözləyirdi: Xrom de-
tallarla zəngin uzun, qara avtomobilin oturacaqları
gümüşü dəriylə örtülmüşdü. Mayklın emblemi qapıya
ciddi görkəm verirdi. Culiya arxada oturdu.

– Mənim yanımda əyləşin, maşını Maykl sürəcək.
Onlar Stenxoup-pleysdə yaşayırdılar. Gəlib evə
çatanda Culiya eşikağasına tapşırdı ki, gəncə əlini
yumalı olduğu yeri göstərsin. Özü isə qonaq otağına
qalxdı. Culiya dodaqlarını boyayanda Maykl da yanına
gəldi.
– O gəncə dedim ki, hər şey hazır olandan sonra
gəlsin.
– Yeri gəlmişkən, onun adı nədir?
– Doğrusu, bilmirəm.
– Əzizim, bilməliyik axı. Ondan xahiş edəcəm ki,
qonaqlar kitabına ürək sözlərini yazsın.
– Gəl əndazəni aşmayaq. – Maykl bu kitaba ən
hörmətli qonaqların adlarının düşməsini istəyirdi. – Biz
onu bu evdə ilk və son dəfə görürük.
Bu zaman o gənc insan qapıda göründü. Maşında
Culiya onu sakitləşdirmək üçün çox çalışsa da, hiss olu-
nurdu ki, hələ də utanır.
Artıq kokteyl hazır idi. Maykl içkini badələrə
süzdü. Culiya siqaret çıxaranda kibriti o gənc yandırmaq
istədi. Amma əlləri elə əsirdi ki, Culiya ha eləsə də
siqaretini alışdıra bilmirdi. Odur ki, onun əllərini öz
əlləri ilə tutub sakitləşdirdi.
“Zavallı quzu, – Culiya düşündü, – yəqin, bu gün
onun həyatında ən əlamətdar gündür. Gördüklərini
danışanda xoşbəxtlikdən özünü göyün yeddinci qatında
hiss edəcək. O, işlədiyi idarədə qəhrəmana çevriləcək və
hamı ona paxıllıq edəcək”.
Culiya öz-özüylə danışanda bir cür, başqalarıyla
danışanda başqa cür olurdu. Özüylə danışanda
söyüşdən də çəkinmirdi. Culiya ləzzətlə birinci qullabı
aldı. Doğrudan da, bir tərəfdən baxanda, onunla bir
süfrə arxasında əyləşib yarımca saat söhbətləşməyin

13
   8   9   10   11   12   13   14   15   16   17   18