Page 10 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 10
yam Somerset Moem

TEATR

(roman)

BİRİNCİ HİSSƏ

Qapı açılanda Maykl Qosselin başını qaldırdı.
Gələn Culiya idi.
– Sənsən? Səni çox saxlamayacağam. Cəmi bircə
dəqiqə. Qoy bu məktublara baxım, sonra.
– Mən tələsmirəm. Eləcə gəldim görəm, Dennoratla-
ra hansı biletləri yollayırsız. Bu cavan oğlan burda ney-
nəyir?
Və təcrübəli aktirisa kimi sözünün jestlə davamını
gətirib cazibədar simasıyla indicə içindən keçdiyi otağı
göstərdi.
– Mühasibdi. Lorenslə Xenfrinin idarəsindən gəlib.
Üç gündür, buradadır.
– Çox gənc görünür.
– Onlarda müqaviləylə təcrübə keçir. Görünür ki,
işini bilən adamdır. Bizdə mühasibatlıq işinin necə apa-
rılmasından əməllicə təəccüblənib. Ağlına da gətirməyib
ki, teatrda iş, ticarət qurmaq olar. Deyir, bəzi şirkətlərdə
hesab kitabçaları elə gündədir ki, adam az qalır hava-
lana.
Culiya ərinin özündən razı gözəl üzünə baxıb
gülümsədi:
– Ölçü gözləyən gəncə oxşayır.
– Bu gün işini yekunlaşdırır. Onu özümüzlə yeməyə
aparsaq, necə olar? Hə, çox tərbiyəli gəncdir.
– Səncə, onu lança dəvət etmək üçün bu, kifayətdir?
Maykl onun səsindəki yüngül kinayəni sezmədi.
– Əgər razı deyilsənsə, qoy qalsın. Mən sadəcə,
düşündüm ki, bu, ona böyük məmnunluq gətirir. O, sə-
nə yaman heyrandır. Sonuncu pyesə üç dəfə baxıb. Sə-
ninlə tanış olmaqdan ötrü əldən gedir.

10
   5   6   7   8   9   10   11   12   13   14   15