Page 5 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 5
UİLYAM SOMERSET MOEMİN
HƏYAT VƏ YARADICILIĞI

Uilyam Somerset Moemin (1874-1965) “Lambetli
Liza” adlı romanının dərc olunduğu ilk kitabı 1897-
ci ilə, sağlığında işıq üzü görən “Keçmişə nəzər” adlı avtobio-
qrafik qeydlərdən ibarət son kitabı 1962-ci ilə təsadüf edir.
Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi
Somerset Moemin bu altmışbeşillik yaradıcı ömrü saysız-
hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr və s.
ilə zəngin olub.
Moem birnəfəsə, yüngül oxunur. Amma bu yüngüllüyün
arxasında üslub üzərində ağır və cilalı iş, yüksək peşəkarlıq,
söz və düşüncə mədəniyyəti dayanır.
XX əsr ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer
alan Moem 1874-cü ildə Parisdə Britaniya səfirliyi işçisinin
ailəsində dünyaya göz açıb. Valideynlərini erkən itirən yazıçı
İngiltərənin cənub qərbindəki Uitstebi şəhərində yaşayan
əmisinin himayəsi altında böyüyüb. Öz şəxsi tərcümeyi-halı
yazıçının yaradıcılığına əsaslı təsir göstərib. Belə ki, Moem
oxuduqlarından çox eşitdiklərinə, gördüklərinə, duyduqlarına,
daha doğrusu, kitabdan çox həyata inanıb.
Somerset Moemin ədəbi taleyi yazıçının özünün də etiraf
etdiyi kimi, uğurlu alınıb. Artıq ilk qələm təcrübəsi yaradıcı
mühitdə əks-səda doğurduğundan gələcək yazıçı tibb təhsili
almasına baxmayaraq, ömrünü ədəbiyyata həsr etmək qərarına
gəlir. O, pyeslərinin səhnəyə yol açması üçün çox
çətinliklərdən keçməli olur və onlar ilk təqdimatdanca özünə
sabit mövqe, sadiq tamaşaçı qazanır. Doğrudur, bu gün həmin
səhnə əsərləri yazıçının roman və hekayələri ilə müqayisədə bir
qədər unudulsa da, Somerset Moem bir vaxtlar məhz həmin
səhnə əsərlərinin hesabına özünü maddi cəhətdən təmin
edərək, həmin nəsr əsərlərini yarada bilmişdi.

5
   1   2   3   4   5   6   7   8   9   10