Page 6 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 6
yam Somerset Moem

Yeri gəlmişkən, Moemin əsərlərində puldan tez-tez söhbət
düşür, bəzən isə pul, hətta bütün süjeti əhatə edir. Moem
deyirdi ki, pul üçün deyil, onu narahat eləyən mövzuların,
həyatda rastlaşdığı xarakterlərin, tiplərin, öz düşüncəsinin
əsirliyindən xilas olmaq üçün yazır, amma bu yaradıcı əməyi
həm də ona pul gətirirsə, ürəyi istəyəni yazmaq üçün maddi
təminatdan imtina etməzdi.

Bax, elə bu səbəbdən də Moem digər sənətlər kimi
yazıçılığa da gəlirli iş kimi baxmaqda qəbahət görmür, əksinə
bundan şərəf duyurdu. Eyni zamanda yazıçılığı heç də
əlahiddə bir sənət, yazıçını əlahiddə sənət sahibi hesab eləmirdi:
“Sənətkar heç bir əsasla digər insanlara yuxarıdan aşağı baxa
bilməz. Əgər o, özünü daha vacib şəxs sayırsa, özünü
başqalarından fərqləndirirsə, onda onun cəmiyyətdə yeri yox-
dur”.

Amma şəxsi mövqeyindən fərqli olaraq, Moemin əksər
əsərlərində bütün mənalarda adi insanla müqayisədə sənətkar
daha üstün tutulur – “Teatr” romanının baş qəhrəmanı ak-
trisa Culiya Lembertin nümunəsində olduğu kimi. Çünki,
yazıçının qənaətincə, sənətkarın ömrünün mənası insan
talelərinə işıq tutmaqdan ibarət olmalıdır. Çünki bəlkə, özü də
bilmədən sənətkarın,istedadından bütün insanlar hava-su kimi
bəhrələnirlər.

Moem yaradıcılığının debütü Böyük Britaniya imperiya-
sının qüdrətli dövrünə təsadüf edir. Yazıçı dünyasını dəyi-
şəndə isə imperiya, faktiki olaraq, artıq mövcudluğunu
itirmişdi.

Moem təbiətən sırf sülh adamı olsa da, hərb işləri ondan
da yan keçməyib. Burada söhbət döyüş əməliyyatlarından
deyil, məxfi tapşırıqlardan gedir. İlk dəfə bu səpgili tapşırığı
o, 1910-cu ildə alır. O vaxt Moem Britaniya kəşfiyyatından
aldığı tapşırığı yerinə yetirməyə razılıq verir. Sonralar bu
barədə yazıçı “Eşenden, yaxud Britaniya casusu” adlı
toplusunda, o cümlədən, bu kitaba daxil etdiyimiz “Tüksüz
meksikalı” novellasında bəhs edirdi. Moem müttəfiq dövlətlərlə

6
   1   2   3   4   5   6   7   8   9   10   11