Page 7 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 7
Seçilmiş əsərləri
məxfi danışıqlar aparmaq üçün bir sıra Avropa ölkəsinə də
səfər etmişdi. Amma Moem hansı işi görsə də, hansı tapşırığı
yerinə yetirsə də, ilk növbədə, yazıçı olaraq qalırdı. Yəqin, bu
səbəbdəndir ki, onun yaradıcılığı ən müxtəlif mövzular, ən
müxtəlif insan xarakterləriylə əhatə olunub.
Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini
dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır.
Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil.
Somerset Moemin təxminən bütün əsərlərində oxucu
peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss eləyir.
Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır.
Odur ki onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar bu
qədər inandırıcı, bu qədər realdır. Bəli, əgər Moem ədəbiyyata
gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı
“əziyyət” tələb etməsəydi, bu populyarlıq tamam başqa səpgidə
olardı. Əsas budur. Və əlbəttə ki, Moemi Moem eləyən, ən
müxtəlif səviyyəli oxuculara sevdirən həmin o əvəzolunmaz
“Moem üslubu”dur.
Nəsrinin məzmununa olan münasibəti kimi üslub və
forma məsələlərinə də yazıçı çox həssas yanaşır. O, sözün yaxşı
mənasında, qrafoman idi, hər gün saatlarla yazı masasının
arxasından qalxmırdı. İllərin tələbata çevirdiyi bu vərdişə
yalnız yazıçını əldən-ayaqdan salan qocalıq son qoydu. O heç
vaxt, hətta ustad kimi təsdiqlənəndən sonra da “çiy”, yaxud
hansısa nöqteyi-nəzərdən onu təmin etməyən yazını üzə
çıxarmağı özünə rəva görməzdi. O, öz yazı prinsiplərinə
dönmədən riayət eləyirdi: “Müəllifin nəql etdiyi süjet aydın
və inandırıcı olmalıdır. Əvvəli, ortası, sonu öz axarıyla get-
məlidir. Və yeri gəlmişkən, son təbii şəkildə əvvəllə
birləşməlidir... Beləcə, personajın hərəkəti və danışığı da onun
xarakterindən süzülüb gəlməlidir”.
“Uzun düşüncələrdən sonra qərara aldım ki, yaradıcı
insan əsərlərində yalnız aydınlığa, sadəliyə və xoş mərama can
atmalıdır”. Son əsərlərindən biri, müəyyən mənada, avtobio-
qrafik “Həyatımın yekununda” romanında Moem gəldiyi
7