Page 14 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 14
yam Somerset Moem
hansısa bir insanı öz miskin dairəsində nəhəng persona-
ya çevirməsi təəccüblü deyilmi?
Gəncin içindən nida qopdu:
– Necə də qiyamət otaqdır!
Culiya, yəqin ki, gəncin dəfələrlə səhnədə gördüyü
bir tərzdə – öz gözəl kirpiklərini ehmalca qaldırmaqla
onu füsunkar təbəssümünə qonaq etdi.
– Bu otağı bəyənməyiniz mənə çox xoş oldu, – onun
səsi sakit və xırıltılı idi. Səsindən hiss olunurdu ki, bu
sözü deməklə böyük bir ağırlıqdan xilas oldu. – Bizim
ailə hesab edir ki, Mayklın çox gözəl zövqü var.
Maykl özündən razı halda otağa göz gəzdirdi.
– Mənim bu işlərdə böyük təcrübəm var. Bizim
pyeslərə interyerləri həmişə özüm qururam. Əlbəttə,
qara işlər üçün adamımız var, amma ideyalar özümün-
dür.
Onlar bu evə iki il olardı köçmüşdülər. Əyalətlərə
turneyə çıxanda bu evi hər ikisinin təcrübəsinə şübhə
etmədiyi dekoratora təhvil verdilər. O da onların
qayıdışına qədər evi tam hazır vəziyyətə gətirdi. Özü də
bu məsələdə pul söhbəti olmadı. Çünki dekoratora
demişdilər, qayıdandan sonra onu teatrda işlə təmin
edəcəklər. Amma bu cansıxıcı xırdalıqları, hətta adını
belə bilmədikləri bir insana danışmaq nəyə lazımdır? Ev
çox gözəl idi, burada qədimliklə müasirlik əsl vəhdət
yaratmışdı və Maykl tam hüquqla deyə bilərdi ki, bura,
əsl centlmen evidir. Amma Culiya inad edirdi ki, yataq
otağı o istəyən kimi olmalıdır. Odur ki, Ricens-parkdakı
köhnə evlərində olan yataq otağı onu tam qane et-
diyindən, olduğu kimi bura köçürdülər. Çarpayı və sto-
lun üzərinə çəhrayı, taxt və kreslonun üzərinə Natyenin1
çox sevdiyi açıq mavi ipək çəkilmişdi: çarpayının üstə
şişman qızılı məlaikələr görünürdü, çəhrayı lampa aba-
jurunun altında isə eynən belə şişman məlaikələr bədən-
nüma aynanı əhatə eləmişdilər. Atlas taxta stoldakı
1 Jan Mark Natye (1685-1766) – fransız rəssamı
14