Page 19 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 19
Seçilmiş əsərləri

Bəs siz necə, mister Qosselin yeni pyesində oynayacaq-
sızmı?

– Yox, fikrimcə, yox. İndi oynamağa elə də can
atmıram. Mənim ampluama uyğun rol tapmaq, demək
olar ki, qeyri-mümkündür. Bilirsiniz, mənim yaşıma
məşuq obrazı daha yaramaz, müəlliflər də mənim
gəncliyimdə hər pyesdə olan rollardan elə bil, imtina
ediblər. Fransızların “Rezoner” adlandırdıqlarını nə-
zərdə tuturam. Mənim nəyə işarə etdiyim, yəqin, sizə də
çatdı. Söhbət hazırcavab, hamını barmağına dolayan
hersoqdan, nazirdən, yaxud kral sarayının tanınmış
vəkilindən gedir. Başa düşmürəm, bu müəlliflərə nə
olub? Görünür, onlar, ümumiyyətlə, necə yazmağı unu-
dublar. Bizdən binanı tikməyi gözləyirlər, amma bəs
kərpic hanı? Siz düşünürsünüz ki, onlar bizə min-
nətdardılar? Müəllifləri deyirəm. Onların həyasızcasına
qarşımızda hansı şərtlər qoyduğunu eşitsəydiniz, dəh-
şətə gələrdiniz!

Culiya gülümsünüb:
– Fakt isə faktlığında qalır, – dedi, – biz onlarsız
keçinə bilmərik. Amma doğrudur, pyes pisdisə, onu heç
bir ifa xilas edə bilməz.
– Məsələnin kökü burasındadır ki, adamlar daha
teatrla əvvəlki kimi maraqlanmırlar. İngilis səhnəsinin
o möhtəşəm çiçəklənmə dövründə insanlar pyesə yox,
aktyorlara tamaşa eləməyə gəlirdilər. Səhnədə kimin
olması önəmli deyildi: Kembl1, yaxud missis Sidons, fərq
etməzdi, insanlar üçün əsas onların ifasıydı. Amma yenə
də inkar eləmirəm, əgər pyes pisdirsə, işlər fənadır.
Bununla yanaşı, lap yaxşı olsa belə, indinin özündə də
tamaşaçılar pyesə yox, aktyorlara baxmağa gəlirlər.
Culiya:
– Fikrimcə, bu, mübahisəyə ehtiyacı olmayan bir
həqiqətdir, – dedi.

1 Kembl – ingilis aktyoru Con Kembl (1757-1823)

19
   14   15   16   17   18   19   20   21   22   23   24