Page 18 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 18
yam Somerset Moem
Gənc:
– Siz möhtəşəm oynayırsınız, – dedi.
(“Onun özünəməxsus cazibəsi var”.)
Culiya cavab verdi:
– Şadam ki, sizin xoşunuza gəlmişəm.
– Əgər Culiyaya qarşı çox nəzakətli olsanız,
sağollaşanda sizə öz fotosunu hədiyyə edəcək.
– Doğrudan? Fotonuzu hədiyyə edərsinizmi?
O, yenidən bərq vurdu, mavi gözləri par-par yandı.
(“O, doğrudan da, çox, lap çox ürəyəyatımlıdır”). Bu
gənci gözəl saymaq o qədər də doğru olmazdı, amma
əvəzində açıq, səmimi çöhrəsi var idi, utancaqlığı isə onu
daha da cazibədar edirdi. Dalğavari açıq-şabalıdı saçları
çox səliqə ilə daranmışdı. Culiya fikirləşdi ki, brillian-
tindən1 istifadə ona necə də yaraşardı. Çöhrəsinin təra-
vətli dərisini və açıq rəngini xırda, gözəl dişləri
tamamlayırdı. Culiya məmnunluq hissiylə sezdi ki, kos-
tyum gəncin əynində çox yaxşı oturub və o, geyinməyi
bacarır. Bu gənc səliqəli və ürəyəyatımlı idi.
Culiya soruşdu:
– Belə görürəm ki, yəqin, bu vaxtacan pərdə
arxasında olmamısınız?
– Heç vaxt. Ona görə də bu iş mənə həyatımdan da
qiymətlidir. Bu işin məndən ötrü nə olduğunu siz tə-
səvvür belə eləyə bilməzsiniz!
Maykl və Culiya xeyirxahlıqla onun üzünə gülüm-
sədi. Onun bu pərəstiş dolu baxışları onların özlərini də
öz gözlərində böyütmüşdü.
Maykl:
– Mən heç vaxt özgələrin repetisiyada iştirakına
icazə vermirəm, – dedi, – amma, bir halda ki, siz artıq
bizim mühasibimizsiniz, deməli, müəyyən mənada,
truppamızın da üzvüsünüz və əgər gəlmək istəsəniz,
sizi istisna hal kimi qəbul edərik.
– Bu siz tərəfdən mənə çox böyük mərhəmətdir.
Mən hələ həyatımda bir dəfə də məşqdə olmamışam.
1 brilliantin – saça sürtülən ətirli pomada
18