Page 21 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 21
Seçilmiş əsərləri
– Deyəsən, bu elə də oxşamır.
– Çox gözəldir.
– Deməli, zənn etdiyim kimi bu şəkil özümə çox da
oxşamır.
– Çox oxşayır. Eynilə həyatda olduğu kimi.
Bu dəfə Culiyanın təbəssümü fərqli idi, azca naz-
qəmzəliydi. Culiya bir anlıq kirpiklərini aşağı saldı,
sonra qaldırıb gözlərindəki pərəstişkarlarının məxməri
adlandırdıqları həmin o yumşaq ifadəylə gəncə baxdı.
O heç bir gizli məqsəd güdmürdü, bu, öz-özünə, sadəcə,
gəncə xoş gəlmək instinktiylə alındı. O oğlan elə gənc,
elə utancaqdı ki... Xasiyyətcə də görünürdü, çox istiqan-
lıdır. Culiya onu bir də heç vaxt görməyəcəkdi. Ona görə
də istəyirdi ki, necə deyərlər, borclu qalmasın, o gənc bu
görüşü həyatının ən möhtəşəm anları kimi xatırlasın.
Culiya təzədən fotoya baxdı. Həyatda da belə
görünsəydi, pis olmazdı. Fotoqraf onu birlikdə seç-
dikləri yerdə əyləşdirmişdi. Burnu azca böyükdü, amma
işıq onu sezilməz edir; heç bir qırış onun hamar dərisini
korlaya bilməyib, gözəl gözlərindən axan baxışları
adamın ürəyini köksündən çıxarır.
– Yaxşı, elə bunu alın. Özünüz də görürsünüz ki,
gözəl deyiləm, hətta yaraşığım da yoxdu. Koklen1 həmi-
şə deyərdi ki, onun çöhrəsində beaute du diable2 var.
Siz fransızca anlayırsınız, eləmi?
– Lazım olan qədər.
– Verin, o fotonu sizin üçün imzalayım.
Culiya yazı stolunun arxasına keçib özünün səliqəli,
yayğın xətti ilə yazdı: “Səmimi qəlbdən, Sizin Culiya
Lembert”.
1 Koklen – fransız aktyoru Benso Konstan (1841-1909)
2 Beaute du diable – iblisanə gözəllik (fran.)
21