Page 26 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 26
yam Somerset Moem
– Lənət şeytana, sizin bu çöhrəniz məndə olsaydı,
aktyor kimi tayım-bərabərim olmazdı.
Görüş Mayklla müqavilənin imzalanmasıyla başa
çatdı. O, Cimmi Lenqtonun yanında iki il qaldı və
tezliklə truppanın sevimlisinə çevrildi. O, ürəyi təmiz və
xeyirxah insan idi, işdən qorxmurdu, hamıya kömək
edirdi. Onun gözəlliyi teatra ikinci nəfəs gətirmişdi,
xidməti çıxışda hər gün dəstə-dəstə qız onu gözləyirdi.
Qızlar ona sevgi məktubları, gül dəstələri verirdilər.
Maykl bu pərəstişi təbii qəbul eləyirdi və necə deyərlər,
başını gicəllənməyə qoymurdu. O, uğura can atırdı və
qəti qərara gəlmişdi ki, bu yolda kənar nəyəsə baş
qoşmayacaq. Cimmi Lenqton çox tez bir zamanda bu
qənaətə gəldi ki, Mayklın inadkarlığına, qızğın istəyinə
baxmayaraq, ondan yaxşı aktyor olmayacaq. Mayklın
yeganə xilaskarı gözəlliyi idi. Cır səsi vardı, yalnız xü-
susi patetik məqamlarda o səs bir az təsirli çıxırdı. Özü
də bu zaman o səs alovlu ehtirasdan çox, dəliliyi yada
salırdı. Məşuq kimi onun ən böyük qüsuru isə məhəb-
bəti içində yaşada bilməməsiydi. Doğrudur, adi dialoq-
lar zamanı özünü sərbəst apara bilirdi, dediyi sözlərin
dadını, duzunu tamaşaçıya həzm elətdirdi, amma elə ki,
sevgisini etiraf etmək məqamı gəlirdi, onda, elə bil, əl-
qolu bağlanırdı. Hiss olunurdu ki, nəsə utanır.
Cimmi Lenqton ona qışqırırdı:
– Lənətə gələsiniz, qızı elə tutmusunuz ki, elə bil,
kartof kisəsindən yapışmısınız. Elə sifətlə onu öpür-
sünüz ki, elə bil, qorxursunuz, soyuqdəyməsi sizə də
keçər! Siz ona vurulmusunuz. Sizə elə gəlməlidir ki, şam
kimi əriyirsiniz və əgər bir saniyədən sonra zəlzələ baş
verəcəyini, ardınca da torpağın sizi udacağını bilməyiniz
belə vecinizə olmamalıdır!
Xeyri olmadı. Gözəlliyinə, cazibəsinə, sərbəstliyinə,
təbiiliyinə baxmayaraq, Maykl soyuq məşuq olaraq qal-
dı. Amma bu, Culiyaya ona ehtirasla bağlanmağa ma-
ne olmadı. Özü də bu, Maykl onların truppasına gələndən
dərhal sonra baş verdi.
26