Page 27 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 27
Seçilmiş əsərləri

Culiyada hər şey maneəsiz, asan alınırdı. O, Cersidə
doğulmuşdu, həmin vaxt atası vətəni olan bu adada bay-
tar kimi təcrübə keçirdi. Anasının bacısı Sen-Maloda
yaşayan bir fransız kömür alverçisində ərdəydi. Culiyanı
da oradakı yerli liseydə təhsil almaq üçün onun yanına
yolladılar. Culiya fransızca əsl fransız kimi danışırdı. O,
anadangəlmə aktrisaydı və ağlı kəsən gündən bir adam-
da da onun səhnə üçün doğulduğuna şübhə yox idi.
Xalası madam Fallu gəncliyində “Comedie Francaiez”
truppasının daimi üzvü olan yaşlı bir aktrisayla yaxşı
münasibətdə idi. Teatrdan getdikdən sonra o, Sen-Malo-
ya köçüb uzunillik nikahsız, amma sədaqətli yaşam-
larına son verib ayrıldıqları məşuqlarından birinin ona
təyin etdiyi cüzi təqaüdlə dolanırdı. Culiyanın on iki yaşı
olanda artıq altmış yaşını ötmüş o aktrisa həyatda hər
şeydən çox dadlı yeməklərdən ləzzət alan gombul, hay-
küyçü, diribaş qarıya çevrilmişdi. Onun cingiltili, yayğın
gülüşü və kişi kimi gur səsi var idi. Culiya ilk dram
sənəti dərslərini də ondan aldı. O qadın bir vaxtlar özü-
nün keçdiyi Congerwatoire1 təhsili zamanı əxz elədiyi
bütün incəlikləri Culiyaya öyrətdi. Yetmiş yaşınacan in-
jenyu2 ampluasında çıxış edən Reyhenberq, Sara Berna-
rın3 qızıl boğazı, möhtəşəm Mune-Syulli4 nəhəng Koklen
haqqında da Culiya ilk dəfə ondan eşitdi. O, Kornel və
Rasinin faciələrindən uzun parçaları “Comedie Fran-
caise” də vərdiş etdiyi tərzdə ona oxuyur və onun da bu
cür oxumasına nəzarət edirdi. Qız Fedranın monoloqla-
rındakı ehtirası və yanğını çox gözəl çatdıra bilirdi, ritm
onun ifasında aydın, sözlər həm effektli, həm də dra-
matik idi. Öz vaxtında Janna Tebu, olsun ki, çox gözə-
çarpan manerada oynayırdı, amma Culiyanı o, tamam
başqa yöndə yetişdirdi: ona çox gözəl artikulyasiya,
səhnədə yeriməyi və dayanmağı, sonralar ən yüksək

1 Congerwatoire – Fransada ali musiqi və teatr məktəbi
2 İnjenyu – sadəlövh qız rolu oynayan aktrisa
3 Sara Bernar – fransız aktrisası (1844-1923)
4 Jan Mune Syulli – fransız aktyoru (1841-1916)

27
   22   23   24   25   26   27   28   29   30   31   32