Page 31 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 31
Seçilmiş əsərləri
boğazından yapışıb deyəsiniz: “Ey itlər, gözünüz məndə
olsun”. Siz onlara hökm eləməlisiz. Əgər insanın iste-
dadı yoxdusa, onu bir başqasından ala bilməz, əgər var-
sa, onu yönləndirmək mümkündür. Böyük aktrisa
olmaq üçün sizdə istedad var. Bunu mən deyirəm. Mən
hələ ömrümdə nəyəsə bu qədər əmin olmamışam.
– Mən də bilirəm, təcrübəm azdır. Əlbəttə, sizin
təklif barədə düşünməliyəm. Mən bir mövsümü sizin
teatrda keçirməkdən imtina etməzdim.
– Cəhənnəm olun! Elə bilirsiniz, mən bir mövsümə
sizdən aktrisa yarada bilərəm? Canımı fəda eləyəcəm ki,
siz bir neçə samballı tamaşa göstərib, sonra kommersiya
məqsədli pyeslərdən birində hansısa yaramaz rolda oy-
namaq üçün Londona gedəsiniz? Məni axmaq hesab elə-
yirsiniz?! Sizinlə üçillik müqavilə bağlayacam və həftəyə
səkkiz funt verəcəm, özü də at kimi işləməli olacaqsız.
– Həftədə səkkiz funtdan söhbət belə gedə bilməz.
Gülməlidir. Mən belə təklifi qəbul eləyə bilmərəm.
– Elə qəbul edərsiniz ki. Bu gün siz bu qiymətəsiz,
bu qədər də alacaqsız.
Culiya bu teatrda olduğu üç il müddətində çox
şeylər öyrəndi. Üstəlik, əxlaq sarıdan elə də ciddi olma-
yan Janna Tebudan da sərfəli məsləhətlər aldı.
– Bu pula görə sizinlə yatağa girəcəyim necə, ağlı-
nızdan keçirmi?
– İlahi, doğrudanmı siz fikirləşirsiniz ki, mənim öz
truppamın aktrisalarıyla eşq yaşamağa vaxtım var? Ay
uşaq, mənim o qədər daha vacib işlərim var ki. Hələ sə-
hər numayişlərini demirəm, dörd saatlıq repetisiyalar-
dan, ardınca məni razı salacağınız axşam tamaşasındakı
çıxışınızdan sonra sizin də mənim kimi sevişməyə nə
vaxtınız, nə də həvəsiniz qalacaq. Nəhayət, soyunub
yatağa girəndə ancaq bir istəyiniz olacaq: yatmaq.
Amma bax, burada Cimmi Lenqton səhv eləyirdi.
31