Page 29 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 29
Seçilmiş əsərləri
– Bax, bu, süpriz oldu! Bəs düşüncələriniz hansı
səpgidəydi– əyri, yoxsa düz?
Cimmi bu mənasız sualı qulaq ardına vurdu.
– Artıq iyirmi beş ildi, bu oyunun iştirakçısıyam.
Mən nə olmamışam: aktyorları səhnəyə çağıran uşaq,
teatrın fəhləsi, aktyor, rejissor, reklam agenti, lənət şey-
tana, hətta tənqidçi də olmuşam. Mən lap uşaqlıqdan,
məktəb illərindən pərdənin o üz-bu üzündə yaşayıram.
Əgər teatrdan mənim bilmədiyim bir şey varsa, deməli,
onu heç kim bilmir. Fikrimcə, siz nəhəng istedada ma-
liksiniz.
– Sizin dilinizdən bunu eşitmək çox xoşdu.
– Mumlayın! Danışmağı mənim öhdəmə buraxın.
Sizin ideal göstəriciləriniz var: münasib boy, münasib
bədən quruluşu, kauçuk sifət...
– Çox böyük tərifdi.
– Əlbəttə. Aktrisaya məhz belə sifət lazımdı. Elə bir
sifət ki, hər cildə düşür, hətta gözəl də ola bilər, elə bir
sifət ki, beynindən keçən bütün fikirlər üzündən oxunur.
Duzenin1 sifəti bax beləydi. Hələ nə etdiyinizi əməlli-
başlı dərk edə bilməsəniz də, dünən axşam dediyiniz
bəzi sözlər sizin üzünüzdən oxunurdu.
– Məşəqqətli rol idi. Onda heç düşünməli bir şey də
yoxdu. Eşidirdiniz də, mən nə səfeh bir işlə məşğuluy-
dum.
– Məşəqqətli rol olmur, məşəqqətli aktyor olur.
Sizin çox qeyri-adi, adamın ruhunu tərpədən səsiniz var.
Bilmirəm, siz komik rolda necə olardınız, amma risq
eləməyə hazıram.
– Nəyə işarə edirsiniz?
– Sizin ritm duyumunuz əvəzsizdi. Sonradan
öyrənməklə alınası iş deyil, görünür, bu, sizdə vergidi.
Özü də bu, çox yaxşıdır. İndi mətləbə keçirəm. Mən si-
zin barənizdə məlumat toplamışam. Bilirəm ki, fransızca
mükəmməl danışırsınız, ona görə də sizə ingiliscəni sın-
1 Elyonora Duze – italiyalı aktrisa (1859-1924)
29