Page 34 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 34
yam Somerset Moem
mək kimi təbii bir şeydi. Maykl axmaq deyildi və öz
qiymətini hamıdan yaxşı bilirdi. Yaxşı başa düşürdü ki,
gözəlliyi hələlik onun əsas dayağıdı, amma həm də
bilirdi ki, bu, əbədi deyil. Odur ki, gələcəkdə zahiri görü-
nüşündən əlavə digər dayaqlara da yiyələnmək üçün
qəti qərara gəldi ki, mütləq yaxşı aktyor olmalıdır. O
mümkün olan hər şeyi Cimmi Lenqtondan öyrənib son-
ra Londona qayıtmaq niyyətindəydi.
– Əgər imkandan ağılla istifadə edə bilsəm, bəlkə
də, teatr acmaq üçün mənə maddi köməklik göstərən
hansısa bir yaşlı qadın rastıma çıxdı. Var-dövlət yiyəsi
olmaq üçün bundan başqa yolum yoxdu.
Tezliklə Culiyaya məlum oldu ki, Mayk pul xərc-
ləməyi çox da xoşlamır. Onlar birlikdə nahar eləyəndə,
yaxud bazar günləri gəzintiyə çıxanda Culiya özünə
düşən payı ümumi xərcə daxil eləyirdi. Culiya bunun
əleyhinə deyildi. Özu pulu sağa-sola xərcləməyə meyilli
olduğuna, mənzil haqqını bir, bəzən iki həftə gecik-
dirdiyinə görə, hər pennin qədrini bildiyi, borca gir-
məkdən zəhləsi getdiyi, aldığı o az puldan hansısa
möcüzəylə hələ hər dəfə dala da atdığı üçün Maykla
həsəd aparırdı. Maykl Londona qayıdanacan babat pul
toplamaq istəyirdi ki, hər roldan ikiəlli yapışmasın,
samballı təklif alana qədər gözləyə bilsin. Valideynləri
qəpik-quruşluq təqaüdlə dolanırdılar, odur ki, onu
Kembricə göndərmək üçün özlərini ən zəruri şeylərdən
belə məhrum etmişdilər. Atası Mayklın özünü səhnəyə
həsr etmək istəyini o qədər bəyənməsə də, oğlu fikrində
qəti idi.
– Əgər aktyor olmaq qərarına gəlmisənsə, hər
şeydən görünür ki, sənə mane ola bilməyəcəm,– dedi, –
amma, lənət şeytana, mən təkid eləyirəm ki, sən əsl
centlmenə layiq təhsil alasan.
Culiya Mayklın atasının istefada olan polkovnik
olduğunu biləndə bu xəbərdən məmnun qaldı. Bütün
varidatını qumarda uduzan babası haqda Mayklın da-
34