Page 30 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 30
yam Somerset Moem
dıra-sındıra danışan obrazlar həvalə olunur. Bilirsiz,
belə çox uzağa gedə bilməzsən.
– Mən ancaq bununla kifayətlənməli oluram.
– Bütün ömrünüzü bu personajlara həsr etməyə ra-
zısınızmı? Bir az da belə davam eləsə, onlarda ilişib qala-
caqsınız, publika sizi başqa ampluada qəbul eləməyəcək.
Siz həmişə ikinci dərəcəli rollarda görünəcəksiniz. Ən
uzağı, həftədə iyirmi funt və əlvida, böyük istedad.
– Həmişə gözləmişəm ki, günlərin bir günü
istədiyim rolu alacam.
– Bəs haçan? Siz beləcə, on il də gözləyə bilərsiniz.
İndi neçə yaşınız var?
– İyirmi.
– Nə qədər alırsınız?
– Həftədə on beş funt.
– Yalandı. Siz on iki funt alırsınız, özü də bu, sizin
indiki əsl qiymətinizdən çoxdu. Siz hələ çox öyrən-
məlisiniz. Jestləriniz bəsitdi. Hətta təsəvvürünüz belə
yoxdur ki, hər jestin öz məna yükü olmalıdır. Siz sözü
deyənə qədər publikanın diqqətini özünüzə cəlb etməyi
bacarmırsınız. Həddən ziyadə kobud qrimlənirsiniz. Si-
zin sifətiniz elədi ki, qrim nə qədər az olsa, o qədər yax-
şıdı. Ulduz olmaq istəyirsiniz?
– Bunu istəməyən varmı?
– Yanıma gəlin, mən sizi İngiltərənin böyük aktri-
sası eləyəcəm. Mətni tez əzbərləyə bilirsinizmi? Yəqin,
belədir, sizin yaşınızda...
– Elə bilirəm, iki günə istənilən rolu sözbəsöz
yaddaşıma köçürə bilərəm.
– Sizə təcrübə, bir də yenidən doğulmağınız üçün
mən lazımam. Yanıma gəlin, siz il ərzində iyirmi rol
alacaqsınız. İbsen, Şou, Barker, Zuderman, Xenkin, Qol-
suorsi. Sizin güclü cazibəniz var, amma hər şeydən
göründüyü kimi, ondan necə istifadə eləmək barədə
azca da təsəvvürünüz yoxdu. – Cimmi yüngülcə gülüm-
sədi. – Əgər təsəvvürünüz olsaydı, bu qoca qarğa sizi
çox asanlıqda öz yanına gətirərdi. Siz gərək publikanın
30