Page 32 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 32
yam Somerset Moem
ÜÇÜNCÜ HİSSƏ
Lenqtonun fantastik enerjisi və entuziazmı Culiyaya
da sirayət elədi və o, təkliflə razılaşdı. Cimmi elə də
böyük olmayan rollardan başladı və onun rəhbərliyi
altında Culiya indiyədək oynadıqlarından xeyli fərqli
idi. O, guya, məhz onların Culiyada qeyri-adi istedadı
kəşf etdiklərini deməklə tənqidçilərdə qıza qarşı marağı
daha da artırırdı. Və günlərin bir günü tənqidçilər bir də
ayıldılar ki, Culiya publika qarşısında Maqda1 rolun-
dadır. Bu əsl zəfər idi. Odur ki, Cimmi bir-birinin ardın-
ca ona “Gəlincik ev”də2 Noranı, “İnsan və fövqəlinsan”da3
Enni və Gerda Qableri4 həvalə etdi. Middlpullular öz
teatrlarında istənilən London ulduzunu söndürə bilən
aktrisa görməkdən məmnun idilər və indi ona baxmaq
üçün əvvəllər yalnız yerli patriotluq məqsədiylə get-
dikləri tamaşalara da axışırdılar. Culiya haqqında artıq
paytaxt qəzetləri də yazmağa başlamışdı və dramın əsl
xiridarları məxsusi ona baxmaq üçün Middlpulla axı-
şırdılar. Geri qayıdanda onun tərifini göylərə qaldırır-
dılar. Odur ki, London antreprenerlərindən iki-üçü
Culiya barədə məlumat toplamaq üçün ora öz nüma-
yəndəsini göndərmişdi. Onlar qəti söz deməyə tərəddüd
edirdilər. Şou və İbsenin dramlarında, söz yox, o, yaxşı
idi, bəs adi pyesdə necə olacaq? Antreprenerlərin bu işdə
acı təcrübəsi vardı. Belə ki, möhtəşəm pyeslərdən
birində hansısa aktyorun möhtəşəm ifasına valeh olub
dərhal onunla muqavilə imzalayandan sonra məlum
olurdu ki, başqa pyeslərdə o, digərlərindən heç də yaxşı
deyil.
1 Maqda – German Zudermanın (1857-1928) “Vətən” dramının qəhrəmanı
2 “Gəlincik ev” – H.İbsenin dramı
3 “İnsan və fövqəlinsan” – B.Şounun pyesi
4 Gerda Qabler – H.İbsenin eyniadlı dramının qəhrəmanı
32