Page 37 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 37
Seçilmiş əsərləri

lənən pullara da dəyməzdi. Üstəlik, o, Bensonun trup-
pasında olanda tez-tez kriket, imkan düşəndən-düşənə
qolf oynayırdı. Belə şeylər isə gözə zərərdi.

Culiya ona çox yalın bir yalan dedi:
– Cimmi mənə deyir ki, əgər eşq yaşasan, daha yaxşı
oynayarsan.
– O murdar qocaya inanma. Kiminlə? Yəqin özüylə,
hə? Deməli, onda belə çıxır ki, əgər mən şeir yazsam,
Marçbenksi daha yaxşı oynayaram.
Bir-birləriylə uzun müddət idi ki, ünsiyyətdəydilər.
Və gec-tez Culiya Maykldan onun evliliyə münasibətini
öyrənməliydi.
– Elə bilirəm, erkən evlənən aktyorun ağlı yoxdu.
Bunun insanın karyerasını məhv etdiyi barədə çoxlu
misallar gətirə bilərəm. Xüsusən də, əgər aktyor aktrisa
ilə ailə qurubsa. O, ulduz olandan sonra xanımı daş kimi
boynundan asılıb qalır. Onunla eyni tamaşada oynamaq
istəyir, əgər truppası varsa, baş rolları xanımına verməyə
məcburdu, əgər başqasına təklif etsə, günü qara olacaq.
Həmişə təhlükə var ki, qadın uşağa qala bilər və bu
zaman, təbii ki, rollardan imtina etməlidir. Deməli, uzun
müddət publikanın gözündən qeyb olacaq. Publikanın
nə olduğunu sən özün yaxşı bilirsən: gözümdən düş-
dünsə, qəlbimdən də çıx. Əgər tamaşaçı səni hər gün
görmürsə, ümumiyyətlə, sən adda adamın varlığını belə
unudur.
Ərli qadın? Ərə getmək beləmi vacibdi? Onun
dərin, cazibədar gözlərinə baxanda Culiyanın az qalır,
ürəyi köksündə əriyə, onun parlaq, şabalıdı tellərinə
baxanda əzablı heyranlıqdan əsim-əsim əsir. Görən,
istəsəydi, Culiya ondan nəyisə əsirgəyərdimi? Amma
onun o gözəl başı bu haqda bir kərə də fikirləşməmişdi.
Culiya öz-özüylə danışırdı: “Əlbəttə, onun xoşuna
gəlirəm. O, hamıdan çox məni bəyənir, hətta mənimlə
qürrələnir, amma, heyif ki, bir qadın kimi onu cəlb
eləmirəm”.

37
   32   33   34   35   36   37   38   39   40   41   42