Page 41 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 41
Seçilmiş əsərləri
Maykl sonda söhbəti yekunlaşdırıb:
– Əlbəttə, daimi yaxşı rollar istəyirsənsə, truppanın
antrepreneri özün olmalısan, – dedi.
Hər şey pula dirənirdi. Nədən başlamağı götür-qoy
etdilər. Mayklın hesabına görə, onlara, ən azı, beş min
funt lazım idi. Amma necə, bu pulu onların qara qaşı-
namı verəcəkdilər? Doğrudur, Middlpulda pul içində
üzən xeyli fabrikant var idi, amma onların yalnız yerli
camaatın sevgisini qazanmış iki gənc aktyor üçün san-
dıqlarını açıb beş min funt verəcəkləri ağlabatan iş deyil-
di. Həm də onlar London adamlarına qısqanc münasibət
bəsləyirdilər.
Culiya təbəssümlə Maykla:
– Varlı bir qarı axtarıb tapmalı olacaqsan, – dedi.
Culiya dediklərinin ən uzağı yarısının alınacağına
ümidliydi, amma, sadəcə, Mayklla onu daha da yaxın-
laşdıran bir layihəni müzakirə etmək necə də xoş idi.
Maykl isə ciddiydi.
– İnanmıram ki, kifayət qədər tanınmasan Lon-
donda nəsə uğur qazana bilərsən. Ən doğru yol üç-dörd
il başqa truppalarda işləməkdi. Bütün giriş-çıxışları yox-
lamaq lazımdı. Bunun bir üstünlüyü də odur ki, pyes-
lərlə tanışlıq üçün vaxtımız olacaq. Ehtiyatında, ən azı,
üç pyesin olmadan teatr açmaq ağılsızlıqdı. Onlardan da
biri mövsümün canı olmalıdır.
– Doğrudur. Həm də biz mütləq birlikdə oyna-
malıyıq ki, publikanı adlarımızı hər dəfə eyni afişada
görməyə öyrəşdirə bilək.
– Düşünmürəm ki, bu elə bir xüsusi əhəmiyyət kəsb
eləsin. Əsas Londonda nüfuz qazanmaqdı. Onda bizim
müəssisəni maliyyələşdirmək üçün adam tapmaq da
asan olar.
41