Page 46 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 46
yam Somerset Moem
– Elə bilirəm, günün burada o qədər də şən keç-
mədi. Ümid eləyirəm ki, lap çox darıxmamısan, eləmi?
– Çox gözəl günlər keçirdim.
– Valideynlərimin sonsuz rəğbətini qazanmısan.
Səni dəhşətli dərəcədə bəyəniblər.
“İlahi, bunun üçün canım çıxıb”.
Culiya ürəyində elə, dilində isə belə dedi:
– Haradan bilirsən?
– Öz gözümlə görürəm. Atam deyir ki, səndə aktri-
salıqdan əsər-əlamət belə yoxdu, əsl xanımsan, anam da
çox ağıllı olduğunu təsdiqləyir.
Culiya baxışlarını aşağı dikdi, sanki, tərifin ənda-
zəni aşmasından utandı. Maykl otağın ortasına gəlib
onun qarşısında dayandı. Culiyaya elə gəldi ki, indi o,
işə götürülməsini xahiş eləyən gənc və gözəl nökərə bən-
zəyir. O, hələ Mayklı belə həyəcanlı görməmişdi. Culiya-
nın ürəyi az qalırdı, yerindən çıxa.
– Culiya, əzizim, mənə ərə gələrsənmi?
Bütün bu həftəni öz-özündən soruşmuşdu ki,
görən, Maykl ona evlənmək təklifi edəcəkmi? İndi, nə-
hayət, bu baş verəndə, Culiyada bir qəribə sıxıntı əmələ
gəldi.
– Maykl!
– Səni tələsdirmək istəmirəm. Qoy hələ ayağa
duraq, uğura gedən yolda, heç olmasa, bir addım ata
bilək. Bilirəm ki, səhnədə sənə tən gələ bilmərəm, amma
qələbəyə gedən yolu birlikdə daha asan keçəcəyik. Öz
teatrımızı açanda isə bizdən heç də pis cütlük alın-
mayacaq. Özün də bilirsən ki, dəhşətli dərəcədə xoşuma
gəlirsən. Demək istəyirəm ki, mənim gözümdə sənin
əlinə su tökməyə layiq bir qız yoxdu.
(“Zavallı, dəli! Nədən axı belə boş-boş danışır?!
Məgər başa düşmür ki, mən onun olmaq üçün ölürəm?
Niyə məni öpmür? Axı niyə? Görən, dərdindən dəli-
divanə olduğumu ona demək üçün özümdə cəsarət tapa
biləcəyəmmi?”)
46