Page 51 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 51
Seçilmiş əsərləri

Nyu-Yorkda, sonra ölkə boyu qastrollar. Qırx həftə Con
Drunun1 truppasında. Həftəyə iki yüz əlli dollar.

– Sevgilim, mən sənə görə çox şadam.
Aydın idi ki, o, bu təklifdən ikiəlli yapışmışdı. İm-
tina sözü nəinki dilinə, ağlına belə gəlməmişdi.
“Amma mən... mən... əgər mənə həftəyə min dollar
versəydilər belə, ondan ayrı düşməməkdən ötrü heç
hara getməzdim”.
Culiya ürəyində belə düşündü. O, indi tamam
özünü itirmişdi. Başa düşürdü ki, Maykla heç cür mane
ola bilməyəcək. Ona görə də özünü elə aparmalıdır ki,
guya, sevincdən özünü göyün yeddinci qatında hiss
edir. Maykl elə həyəcanlıydı ki, oturmaq hayında de-
yildi. Odur ki, adam içinə – küçəyə çıxdılar.
– İnanılmaz uğurdu. Doğrudur, Amerikada hər şey
bahadı, amma mən çalışacam ki, həftəyə uzağı əlli dollar
xərcləyim. Deyirlər, amerikalılar çox qonaqpərvərdilər,
yəqin, qarnımı havayı da doyura biləcəm. Niyə axı qırx
həftəyə səkkiz min dollar toplaya bilməyim? Bu da min
altı yüz funt eləyir.
(“O, məni sevmir. Heç vecinə də deyiləm. Ona
nifrət eləyirəm. Onu öz əllərimlə öldürərəm. O ame-
rikalıya lənət olsun!”)
– Əgər o, məni ikinci ilə saxlasa, onda həftəyə üç
yüz dollar alacam. Bu da o deməkdi ki, iki ilə bizə lazım
olan dörd min funtun əsaslı hissəsini toplaya biləcəm.
işə başlamaq üçün, bəlkə də, kifayət eləyər.
– İkinci il?!
Biranlığa Culiya özünə nəzarəti itirdi, sanki, göz
yaşları onun səsiylə axıb gəlirdi.
– Demək istəyirsən, sən iki illiyə gedirsən?
– Niyə ki, əlbəttə, yayda qayıdacam. Yol xərclərimi
onlar ödəyəcəklər. Az xərcim çıxsın deyə, mən evimizə
gedəcəm.

1 Con Drun – amerikalı aktyor (1853-1927)

51
   46   47   48   49   50   51   52   53   54   55   56