Page 56 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 56
yam Somerset Moem

– Təvazökarlığına söz ola bilməz. Amma bax, burda
sən səhvsən. Əgər şəxsən özün irəli getmək istəyirsənsə,
səndən geri qalan tərəf müqabilini yanına qoşmağı özü-
nə rəva bilməməlisən.

– Cəhənnəm olsun. Mənim üçün ona ərə gedib
məğlub olmaq, başqasına ərə gedib qalib gəlməkdən da-
ha şirindi.

– Sən bakirəsən.
Culiya yenə güldü.
– Bu, sizlik deyil, amma təsəvvür edin ki, bəli,
bakirəyəm.
– Belə də bilirdim. Əgər sənin üçün bəkarət o qədər
vacib deyilsə, biz bağlananda niyə ikihəftəlik onunla
Parisə getməyəsiniz? O, Amerikaya avqustdan əvvəl
yollanmayacaq. Bəlkə, onda sakitləşdin?
– O istəmir. O, elə adam deyil. O, əsl centlmendir.
– Hətta ən yüksək zümrənin insanları da özlərinə
oxşarları istehsal etməklə məşğuldu.
Culiya qüssə içində:
– Ah, siz heç nə anlamırsınız! – dedi.
– Mərc gəlirəm ki, elə sən də.
Culiyanın danışmağa halı yox idi. O, həqiqətən, ne-
cə də bədbəxt idi.
– Sizə necə başa salım ki, mən onsuz yaşaya bil-
mərəm. O gedəndən sonra mən nə eləyəcəm?
– Yanımda qalacaqsan. Mən səni bir il də saxla-
yaram. Sənin üçün məndə topa-topa rol var, üstəlik, mə-
şuq ampluasına bir aktyor da gözaltı eləmişəm. Aktyor
deyil, əsl tapıntıdı. İnan ki, özünü rola qurban verəndə
tərəf-müqabillə dil tapmaq xeyli asanlaşır. Mən sənə həf-
təyə on iki funt verəcəm.
Culiya yaxın gəlib onun düz gözlərinin içinə baxdı.
– Deməli, bütün bunları özünüz təşkil eləmisiniz ki,
burada bir mövsüm də qalım? Məni bu idbar teatrınızda
saxlamaq üçün nədən ürəyimi qırıb bütün həyatımın
üstündən xətt çəkdiniz?!

56
   51   52   53   54   55   56   57   58   59   60   61