Page 52 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 52
yam Somerset Moem

– Bilmirəm, sənsiz mən burada necə keçinəcəm?
Culiya bu sözləri şən ovqatda, elə bil, nəzakət xət-
rinə, hətta haradasa biganəliklə dedi.
– Biz səninlə yayı çox əla keçirəcəyik, özü də bir il
nədir, lap iki il də bir göz qırpımında gəlib-keçəcək.
Maykl hara addımladığını özü də bilmirdi, amma
Culiya hər dəfə onu özünə lazım olan tərəfə çəkirdi. Elə
bu vaxt teatrın qapısı ağzına gəlib çıxdılar. Culiya ayaq
saxladı.
– Hələlik. Mən Cimmiyə dəyməliyəm.
Mayklın sifəti tutuldu.
– Doğrudanmı, məni tək qoymaq istəyirsən?
Ürəyimi kimə boşaldım? Elə bilirdim, tamaşadan əvvəl
haradasa çörək yeyərik.
– Çox təəssüf eləyirəm. Cimmi məni gözləyir. Onu
məndən yaxşı tanıyırsan.
Maykl özünün isti, doğma təbəssümüylə Culiyanın
üzünə gülümsədi:
– Onda yubanma, get. Ömründə bircə dəfə məni
yarıtmadığına görə sənə qarşı kin saxlamaram.
O, yoluna davam etdi, Culiya isə xidməti girişdən
içəri keçdi.
Cimmi Lenqton mansardda özünə xudmani bir
mənzil eləmişdi və bura ancaq qabaq eyvandan keçmək
mümkün idi. Culiya zəngi basanda qapını Cimmi özü
açdı. O, bu gəlişə təəccüblənsə də, şad idi.
– Hello, Culiya, içəri keç.
Culiya kəlmə kəsmədən onun yanından ötüb-keçdi.
Yalnız necə gəldi səpələnmiş yazılı vərəqlər, kitablar, cır-
cındır, qısası, zirzibil yığnağı olan qonaq otağında özünü
toparlayıb onun üzünə baxdı. Dişləri qıcanmışdı, qaşları
çatılmışdı, gözlərindən, elə bil, şimşək çaxırdı.
– İblis!
Bir hərəkətlə Cimminin üstünə atıldı, hər iki əliylə
onun yaxası açıq köynəyindən tutub silkələdi. Cimmi

52
   47   48   49   50   51   52   53   54   55   56   57