Page 57 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 57
Seçilmiş əsərləri

– And içirəm ki, elə deyil. Sadəcə, xoşuma gəlirsən,
səninlə qürur duyuram. Həm də bu son iki ildə bizim iş-
lər çox yaxşı gedir. Amma, lənət şeytana, mən belə əclaf-
lığa getmərəm.

– Yalançı, iyrənc yalançı!
– And içirəm ki, bu, həqiqətdir.
Culiya çılğıncasına:
– Onda təsdiq edin! – dedi.
– Necə təsdiq edim? Özün bilirsən ki, mən abır-həya
gözləyən adamam.
– Mənə həftəyə on beş funt versəniz, sizə inanaram.
– Həftəyə on beş funt? Yığılan pulun qədərin özün
bilirsən. Bunu eləyə bilmərəm. Əşi, yaxşı... Amma üç
funtu gərək öz cibimdən əlavə eləyim.
– Nə dərdimə qalıb!

ALTINCI HİSSƏ

İkihəftəlik məşqlərdən sonra Maykldan ona təklif
olunan rolu aldılar. Ona nəsə başqa bir rol axtarıb
tapanacan iki-üç həftə gözləməli oldu. O, Nyu-Yorkda
fəaliyyətinə heç bir ay da tab gətirməyən pyeslə başladı.
Truppa turneyə çıxası oldu. Amma tamaşa orada da
günü-gündən özünə marağı itirdi və odur ki, onu
repertuardan çıxarmalı oldular. Növbəti fasilədən sonra
Maykla bir tarixi pyesdə rol təklif olundu. Bu pyes
Mayklın gözəlliyinin təqdimatına elə imkanlar açmışdı
ki, onun işığında sıradan bir aktyor olduğu da sezilmədi.
Bu rolla da mövsümü başa vurdu. Müqavilənin müddə-
tinin artırılmasından söhbət belə gedə bilməzdi. Onu bu-
ra gətirən antreprener kifayət qədər acıdil idi:

– Mən o it oğlu Lenqtonla haqq-hesab çəkməsəm,
atamın oğlu deyiləm! O, mənə bu müqəvvanı soxuşdu-
randa nə elədiyini yaxşı bilib.

57
   52   53   54   55   56   57   58   59   60   61   62