Page 61 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 61
Seçilmiş əsərləri
tutub gəzim, vəssalam. Birtəhər keçinərik. Bir bilsəydin,
orada nə tiplərlə oturub-durmalı oldum. Onlardan bə-
ziləriylə müqayisədə Cimmi Lenqton əməlli-başlı centl-
mendi. Hətta əgər onlar məndən qalmağımı xahiş
etsəydilər belə, razılaşan deyildim.
Maykl pis oyunda yaxşı gediş etsə də, onun tamam
əzildiyi Culiyanın gözündən yayınmadı. Görünürdü ki,
o arzulamadığı çox şeylərlə barışmalı olub. Culiyanın
həm ona dəhşətli yazığı gəlirdi, həm də özündə dəhşətli
bir yüngüllük hiss eləyirdi.
Maykldan soruşdu:
– İndi nə eləmək fikrindəsən?
– Bir müddət evdə oturub hər şeyi götür-qoy elə-
yəcəm. Sonra Londona gedəcəm, görüm bir rol ala bilə-
rəmmi?
Culiya bilirdi ki, ona geri, Middlpula qayıtmağı tək-
lif etmək əbəsdi. Çünki Cimmi Lenqton onu geri alan
deyildi.
– Sən, yəqin, mənimlə getmək istəməzsən?
Culiya qulaqlarına inanmadı.
– Mən? Sevgilim, özün bilirsən ki, mən səninlə lap
dünyanın o başına da gedərəm.
– Sənin müqavilən bu mövsümün sonunacandı.
Əgər nəyəsə nail olmaq istəyiriksə, Londonu fəth elə-
məyin vaxtı artıq yetişib. Mən Amerikada hər şillinqin
qədrini bilmişəm. Onlar mənə simiclik mücəssəməsi
deyirdilər, mən də bu qulağımdan alıb o qulağımdan
verirdim. Evə min beş yüz funt gətirmişəm.
– Sən əzizlərinin canı, bunu necə eləmisən?
Maykl təbəssüm dolu baxışlarla sevincək:
– Sandığımın ağzını qıfıllamışdım, – dedi. – Əlbəttə,
bu pula teatr aça bilməzsən, amma evlənməyə çatar.
Demək istəyirəm ki, bu pula arxalana bilərik. Nə bilmək
olar, bir də gördün, anqajementi tez tapa bilmədik, ya
bir müddət işsiz qaldıq.
61