Page 66 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 66
yam Somerset Moem

idi. O elə də böyük təhlükə altında olmasa da – Yeni Zel-
landiyada qoyun-quzu saxlamaqla məşğul olmaq kimi
bir şey – Culiya özünü elə aparırdı ki, elə bil, onunla
keçirdiyi həmin qısamüddətli görüşlər Maykla bu dün-
yadan həzz almaq üçün ayrılmış son günlər idi. Elə bil,
o, səngərin dəhşətlərindən indicə ayrılmışdı. Culiya ona
qarşı nəvazişli, qayğıkeş və tələbsiz idi.

Amma müharibə qurtaraqurtarda Culiyanın ona
qarşı bu sonsuz məhəbbəti qəflətən öldü.

Həmin vaxt o, hamiləydi. Mayklın qənaətincə, bu
ərəfələrdə uşaq barədə fikirləşmək kifayət qədər tez idi.
Amma Culiyanın yaşı otuzu haqlamışdı və o qərara aldı
ki, əgər onlar, ümumiyyətlə, övlad istəyirlərsə, daha yu-
batmaq olmaz. Həm də onun teatrda mövqeyi elə möh-
kəmlənmişdi ki, səhnədən bir neçə aylığa qeyb olmağı
özünə rəva görə bilərdi. Üstəlik, Mayklı hər an öldürə
bilərdilər – düzdü, özü deyirdi ki, ona qarşı heç bir
təhlükə yoxdu, amma, əlbəttə sadəcə onu sakitləşdirirdi,
təhlükə necə olmaya bilərdi ki, hətta generalları da
öldürürdülər. Və bu zaman Culiyanı həyata yalnız o
uşaq bağlaya bilərdi. Doğuş ilin sonunda olmalıydı.
Culiya Mayklın növbəti məzuniyyətini əvvəlkilərdən
fərqli bir həyəcanla gözləyirdi. Özünü çox gözəl hiss
eləyirdi, amma bir qədər dalğın və köməksiz idi. Onun
ağuşu üçün necə də darıxmışdı. O, onu qorumalı və
himayə etməliydi. Maykl gəlib çıxdı. O, özünün yaxşı
tikilmiş hərbi geyimində qərargah işçisinin nişanları və
paqonlarındakı tacla heyrətamiz dərəcədə gözəl idi. O
qaralmışdı və təlimlər zamanı onun iştirakına məhdu-
diyyətlər qoyulması nəticəsində kifayət qədər kökəl-
mişdi. Qısa vurulmuş saçları, gümrah və laqeyd
görkəmiylə o, təpədən-dırnağacan hərbçiydi. Çox gözəl
əhval-ruhiyyədəydi. Özü də səbəb təkcə bir neçə gün-
lüyə evə gəlməyi yox, həm də artıq müharibənin so-
nunun görünməyi idi. Maykl ordudan mümkün qədər

66
   61   62   63   64   65   66   67   68   69   70   71