Page 69 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 69
Seçilmiş əsərləri
ona münasib göründü. Son dörd ildə Culiya ondan o
qədər çox qazanırdı ki, bu evi öz hesabına mebelləş-
dirməyi təklif etdi. Onlar iki yataq otağından birində da-
yanıb söhbət eləyirdilər.
Culiya:
– Mən bizdə olanları öz yataq otağıma gətirə
bilərəm, – dedi, – sənin üçün də Meypldan yaxşı bir me-
bel dəsti alaram.
Maykl gülümsünüb:
– Mənim otağım üçün xərcə düşməyə ehtiyac
yoxdu, – dedi, – çətin ki, ora tez-tez gərəyim olsun.
O, Culiya ilə bir yerdə yatmağı xoşlayırdı. Maykl o
qədər ehtiraslı olmasa da, nəvazişliydi və Culiyanı ya-
nında hiss eləməyindən heyvani həzz alırdı. Uzun illər
bu, Culiyanın ən böyük sevinciydi. Amma indi bu haqda
fikirləşmək belə onu təbdən çıxarırdı.
– Yox, mən düşünmürəm ki, uşaq doğulanacan biz
bu dəliliyi özümüzə rəva görə bilərik. O vaxtacan sən tək
yatmalı olacaqsan.
– Bu heç ağlıma gəlməyib. Əgər fikirləşirsənsə, kör-
pəyə belə yaxşıdı...
SƏKKİZİNCİ HİSSƏ
Maykl düz müharibə qurtaran gün ordudan tərxis
olundu və dərhal da müqaviləylə işə götürüldü. O,
səhnəyə əvvəlkindən daha yaxşı aktyor kimi qayıtdı. Or-
duda yiyələndiyi hər şeyə laqeyd ədaları səhnədə çox
effektli alınırdı. Sərbəst, idmançı görkəmi, həmişə şən
ovqatı, yüngül təbəssümü və ürəkdən gələn gülüşü
əskik olmayan Maykl salon pyesləri üçün, xüsusən,
uyğun gəlirdi. Onun yüksəkdən gələn səsi yüngül at-
macalara xüsusi cazibə verirdi. Doğrudur, ciddi ehtiras
tərənnüm edən səhnələr onda hələ də inandırıcı
alınmırdı, amma öz ürəyini, sanki, zarafat eləyirmiş kimi
69