Page 74 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 74
yam Somerset Moem
“Nemo me impune lacessit”.
Yolun qalan hissəsi daş sükut içində keçdi.
Missis de Friz yatmayıb onları gözləyirdi.
– Sizi görməyincə uzanmaq istəmədim, – dedi və
Culiyanı bağrına basıb hər iki yanağından öpdü.
Mayklın isə könülsüz-könülsüz əlini sıxdı.
Culiya bazar günü qəzetlərinə baxa-baxa bütün
səhərini məmnuniyyətlə yataqda keçirdi. Teatr
xəbərlərindən başlayıb, kübar cəmiyyətdən yazılan
xronikaya keçdi, sonra qadın səhifəsinə adladı və
nəhayət, digər məqalələrin başlıqlarını gözdən keçirdi.
Kitablara yazılan resenziyaları öz diqqətinə layiq gör-
mürdü və ümumiyyətlə, belə yazılar üçün nədən bu
qədər çox yer ayrılmasını heç cür başa düşə bilmirdi.
Qonşu otaqda yatan Maykl sabahın xeyrini diləmək
üçün ona baş çəkib bağa düşdü. Az sonra qapı astadan
döyüldü və ardınca Dolli içəri keçdi. Onun iri, qara
gözləri işım-işım işıldayırdı. Çarpayının bir küncündə
əyləşib Culiyanın əllərindən tutdu.
– Əzizim, mənim Mayklla söhbətim oldu. Sizin
teatrı maliyyələşdirmək istəyirəm.
Culiyanın ürəyi bərk-bərk döyündü.
– Maykl sizdən heç nə xahiş eləməməliydi. Mən
istəmirəm. Siz onsuz da bizim üçün bu qədər eləmisiniz.
Dolli əyilib Culiyanın dodaqlarından öpdü. Onun
səsi öz səsinə oxşamırdı, astadan gəlirdi və yüngülcə
əsirdi.
– Ah, mənim eşqim, məgər bilmirsiniz ki, sizin yolu-
nuzda hər şeyə hazıram! Bu elə gözəl olacaq, bizi bir-
birimizə elə yaxınlaşdıracaq ki... Mən sizinlə fəxr
edəcəm!
Hər ikisi Mayklın fit çala-çala dəhlizlə gəldiyini
eşitdi. O, otağa girəndə Dolli ona sarı qanrıldı və Maykl
gördü ki, qadının gözləri yaşla dolub.
– Mən ona danışdım.
Maykl sevincini gizləyə bilməyib:
74