Page 75 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 75
Seçilmiş əsərləri
– Siz əsl qadınsınız, – dedi.
Sonra çarpayının o biri küncünə əyləşib Culiyanın
Dollinin indicə buraxdığı əlindən tutdu:
– Hə, Culiya, nə deyirsən?
O, fikirli-fikirli Maykla baxdı.
– “Vous L' avez voulu, Georğes Dandin”1
– Nə dedin?
– Molyer.
Yoldaşlıq müqaviləsi imzalanandan və Maykl payız
mövsümü üçün yer kirələyəndən dərhal sonra iki
reklam agentini işə cəlb etdi. Yeni teatrın açılışıyla bağlı
qısa məlumat qəzetlərə göndərildi. Maykl mətbuata
ötürmək üçün agentlə birlikdə özüylə və Culiya ilə
müsahibə hazırladı. Həftəlik qəzetlərdə onların fotoları
peyda oldu – təklikdə, ikilikdə və Rocerlə birlikdə. Onlar
ailəni əldə bayraq edib imkan olduqca irəliləmək
niyyətindəydilər. Üç pyesin hansından başlayacaqlarına
hələ qərar verməmişdilər. Nəhayət, bir gün Culiya öz
yataq otağında oturub roman oxuyarkən Maykl əlində
əlyazmayla içəri girdi.
– Qulaq as, istəyirəm bu pyesə bir baxasan. Agent
indilərdə göndərib. Məncə, onu möhtəşəm uğur
gözləyir. Amma tez cavab verməliyik.
Culiya romanı kənara qoydu.
– İndi başlayaram.
– Mən aşağıda olacam. Bitirəndə xəbər elə, gəlim,
birlikdə müzakirə eləyək. Orada sənin üçün qiyamət rol
var.
Culiya tez oxudu. Ona maraqsız olan səhnələrə
gözəyarı baxıb, bütün diqqətini qadın qəhrəmana
yönəltmişdi. Əlbəttə, axı bu rolu özü oynamalıydı. Pyesi
bitirib zınqırovun ipini çəkdi və qulluqçudan (həm də
dərzisiydi) xahiş elədi ki, Maykla onu gözlədiyini desin.
1 “Sən özün bunu istəyirdin, Corc Danden” (fran.)
75