Page 77 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 77
Seçilmiş əsərləri

yerdə olmamışdı və son vaxtlar Culiyanın daha ona
qarşı heç bir iddia irəli sürməməsinə görə, hətta canında
bir yüngüllük hiss eləyirdi. O, məmnunluqla düşünürdü
ki, Culiyanı uşağın doğulması rahatladıb. Əslində,
Maykl belə olacağına əvvəlcədən gümanlıydı və yalnız
bu işi niyə çoxdan görmədiyinə təəssüflənirdi. Bir-iki
dəfə o, başqa səbəbdən çox, nəzakət xətrinə ər-arvad
münasibətlərini bərpa etmək istəmişdi, amma Culiya
hər dəfə müxtəlif bəhanələrlə yayınmışdı: ya yorulub,
ya özünü elə də yaxşı hiss eləmir, ya səhər kostyum-
larının ölçülərinin götürülməsini saymasaq, sabaha iki
çıxışı var. Maykl bunu tam sakitliklə qəbul eləyirdi. İndi
Culiya ilə yollaşmaq daha asan idi. Artıq qısqanclıq
səhnələri qurmurdu və Maykl özünü əvvəlkindən daha
xoşbəxt hiss eləyirdi. Onun nigah sarıdan bəxti yaman
gətirmişdi. Başqa cütlərə baxanda o, bunu görməyə bil-
məzdi. “Culiya canlara dəyən qadındı, həm də ağıllıdır.
Onunla dünyada nə varsa, hər şeydən danışmaq olar.
And içirəm ki, indiyəcən olanların içində ən yaxşı
yoldaşım odur. Bəli. Özü də qəti utanmadan etiraf edi-
rəm ki, mənə qolf raundu oynamaqdansa, günümü
onunla birlikdə keçirmək daha xoşdu”.

Culiya heyrət hissiylə başa düşdü ki, Maykla
məhəbbəti öləndən ona yazığı gəlməyə başlayıb. O,
mərhəmətli qadın idi və anlayırdı ki, əgər Maykl, ən azı,
onun gözündən azca düşdüyünü zənn eləsə, bu bir kişi
kimi onun mənliyinə böyük zərbə olar. Odur ki, onu
tərifləməkdə davam eləyirdi. Culiya sezirdi ki, o artıq öz
sivri burnu və gözəl gözləri haqqında difiramblara
tamamilə sakit tərzdə qulaq asır. Onun ən qatı tərifi necə
həzmi-rabedən keçirdiyini görəndə Culiya ürəyində
gülürdü. Culiya daha onun həyatından kənarda qala
biləcəyindən qorxmurdu. Nəzərləri daha çox onun nazik
dodaqlarında ilişib qalırdı. O dodaqlar get-gedə daha da
nazikləşirdi. Qocalanda ağzı dar, soyuq yarığa çevrilə-

77
   72   73   74   75   76   77   78   79   80   81   82