Page 79 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 79
Seçilmiş əsərləri

itgiləri o qədər də böyük olmurdu. Maykl özünü öyürdü
ki, bütün Londonda quruluş üçün bu qədər az xərcləyən
teatr yoxdu. O işləndikcə anbara yığdığı hər cür
mebellərdən istifadə etməklə köhnə dekorasiyaları
yenilərinə dəyişərkən böyük ixtiraçılıq nümayiş etdirirdi
və ən əsası bu zaman əlavə xərcə ehtiyac olmurdu. Onlar
teatrlarına cəsarətli və təşəbbüskar teatr adını qazan-
dırmışdılar. Belə ki, Maykl risqə gedərək tanınmayan
müəllifin pyesini səhnələşdirməyə hazır idi ki, sonra
tanınana yaxşı pul verməyə imkanı olsun. O, özlərinə ad
qazanmaq üçün imkan tapmayan və deməli, yüksək
məvacibə iddiası olmayan aktyorları axtarıb tapırdı. Və
bir neçə çox uğurlu tapıntısı olmuşdu.

Üçcə ildən sonra onların mövqeyi elə möhkəmləndi
ki, artıq Maykl yenicə tikilmiş teatr binasını icarəyə
götürmək üçün bankdan ssuda ala bilərdi. Uzun
müzakirələrdən sonra bu teatra “Siddons teatr” adını
verməyi qərara aldılar. Həmin mövsümü açdıqları pyes
fiaskoya uğradı. Növbəti pyes də eyni aqibəti yaşadı.
Culiya qorxub bədbinliyə qapıldı. O, elə zənn elədi ki,
yeni teatr binası düşərli deyil və tamaşalar da publikanı
bezdirib. Bu məqamlarda da Maykl ağıllı tərpəndi. O,
çox təmkinliydi.

– Bizim işdə hər şey mümkündü: bu gün yaxşı,
sabah pis ola bilər. Sən İngiltərənin ən yaxşı aktrisasısan.
Truppada cəmi üç insan pyesin necəliyindən asılı ol-
madan kassaya pul gətirir ki, o üç nəfərdən də biri
sənsən. Nə olar, iki dəfə iflasa uğramışıq. Növbəti pyes
uğur qazanar, biz də ziyandan artıqlamasıyla çıxarıq.

Maykl ayaqlarının yerə möhkəm pərçimləndiyini
görən kimi Dolli de Frizin payını almağa cəhd etdi.
Amma o, Mayklı eşitmək belə istəmədi. Onun soyuq-
luğu və incikliyi də Dolliyə təsir eləmədi. Nəhayət,
Mayklın qarşısına layiqli rəqib çıxmışdı. Dolli hər şey-
dən göründüyü kimi, çiçəklənən və ona Culiya ilə sıx

79
   74   75   76   77   78   79   80   81   82   83   84