Page 78 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 78
yam Somerset Moem
cəkdi. Mayklın gəncliyində ona məzəli, hətta təsirli
görünən yığcamlığı indi onu iyrəndirirdi. İnsanlar dara
düşəndə – aktyorların başına tez-tez gələn işdi – pula
yox, yaxşı kəlamlara və təəssüfə ümid eləyə bilərdilər.
O, qəpik-quruşla vidalaşanda özünü səxavət mücəs-
səməsi hesab eləyirdi, beşfuntluq bilet isə ondan ötrü
bədxərcliyin sonuydu. Tezliklə ona bəyan oldu ki, Culiya
təsərrüfat işlərinə çox pul xərcləyir. Onu artıq yükdən
azad etmək istədiyni deyib, hakimiyyəti öz əlinə aldı.
Bundan sonra havaya itki olmadı, hər penn hesabdaydı.
Culiya qulluqçunun niyə onları atıb getmədiyini heç cür
anlaya bilmirdi. Görünür, səbəb Mayklın onunla meh-
riban davranmasıydı. Özünün məhrəm, gülərüz, dost-
yana davranışıyla o, elə bir ab-hava yaratmışdı ki, hamı
ona xoş gəlmək istəyirdi. Aşpaz qadın başqalarına nis-
bətən funtdan bir penn ucuz ət satan qəssab tapanda
Mayklla bu hissin məmnunluğunu bölüşürdü. Culiya
onun özüylə, həyatdakı bu yığcamlığıyla səhnədə necə
də yaxşı təsvir elədiyi əndazəsiz israfçı arasında nə
boyda uçurum olduğunu təsəvvürünə gətirəndə özünü
gülməkdən saxlaya bilmirdi. O əmin idi ki, Maykl böyük
jest eləməyə qadir deyil. Amma buyur, sanki, hər şey öz
təbii vaxtını gözləməlidir, Maykl ona yaxşı imkan yarat-
maq üçün kənara çəkilməyə hazırdı. Culiya elə dərindən
təsirlənmişdi ki, söz deyə bilmirdi. Son vaxtlar başından
çıxmayan o axmaq fikirlərə görə özünü o ki var mə-
zəmmət eləyirdi.
DOQQUZUNCU HİSSƏ
Həmin pyesi səhnəyə qoydular və uğur qazandılar.
Sonralar ilbəil yeni pyeslər səhnələşdirdilər. Maykl teatrı
da evi kimi yığcamlıqla idarə edirdi: uğur qazanan
tamaşalardan gələn hər pennin qədrini bilirdi və odur
ki, tamaşa alınmayanda – bu, hər teatr üçün təbii hal idi –
78