Page 80 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 80
yam Somerset Moem

əlaqədə olmaq imkanı yaradan müəssisədən öz payını
götürüb çıxmağa heç bir əsas görmürdü. Nəhayət,
yenidən özündə təpər tapıb ondan canını qurtarmağa
cəhd elədi. Dolli təəccüb içində onları bu çətin vəziy-
yətdə tərk eləməkdən imtina etdi və nəticədə Maykl,
sadəcə, əl yelləməklə kifayətləndi. O, Dollinin xaç oğlu
Rocerə, yəqin, babat pul miras qoyacağıyla özünə təsəlli
verirdi. Dollinin Cənubi Afrikadakı qohumlarından sa-
vayı, heç kimi yox idi və üzünə baxan kimi dərhal görü-
nürdü ki, o qadında qan təzyiqi var. Hələlikdə isə
Mayklı Hildfordun yaxınlığında istədiyi vaxt gedə
biləcəyi şəhərətrafı ev tamamilə təmin edirdi. Bu, onu öz
şəxsi bağı olması üçün pul xərcləməkdən azad eləyirdi.
Üçüncü pyes böyük uğur qazandı və təbii ki, Maykl
dediyi sözləri Culiyaya xatırlatdı. Bəli, indi Culiya da
gördü ki, o, haqlıymış. Maykl elə danışırdı ki, guya, hər
bir şey tək onun zəhmətinə görədi. Culiya az qala arzu-
layacaqdı ki, kaş bu da əvvəlki iki pyes kimi fiaskoya
uğrayardı. Yəqin, onda Mayklın hovu bir az alınardı.
Maykl özü haqqında çox yüksək fikirdəydi. Əlbəttə,
onun özünə görə ağıllı, ələlxüsus da, bic və təcrübəli
olduğunu inkar etmək olmazdı, amma o, özü təsəvvür
etdiyi qədər müdrik deyildi. Mayklın şəxsi qənaətinə
görə, yer üzündə elə bir iş yox idi ki, o, bunu başqa-
larından yaxşı bilməsin.

Get-gedə Maykl səhnədə daha az görünməyə baş-
ladı. Onu inzibatçılıq fəaliyyəti daha çox cəlb edirdi.

– İstəyirəm, Sitidə olan bütün şirkətlər kimi, bizim
teatrı da möhkəm dayaqlar üstə qoya bilim, – deyirdi.

Maykl hesab edirdi ki, Culiya çıxış etdiyi vaxt o da
istedad axtarışıyla əyalət teatrlarına baş çəksə, axşamdan
daha səmərəli istifadə etmiş olar. Gəldiyi şəxsi qənaətə
görə, ümidverici hesab etdiyi aktyorların adlarını hə-
mişə yanında gəzdirdiyi qeyd kitabçasına yazırdı. Sonra
Maykl rejissorluğun qulpundan yapışdı. Rejissorların

80
   75   76   77   78   79   80   81   82   83   84   85