Page 68 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 68
yam Somerset Moem
alırdı. Culiya artıq onu Maykla pərçimləyən zəncirdən
azad olmuşdu və sevinc içində idi. İndi o, Mayklla bir
sıradaydı. Culiya ayaqlarını uzadıb dərindən nəfəs aldı:
“İlahi, insanın öz-özünə sahib olması necə də xoşdu”.
Səhər yeməyini yataq otağında yedilər – Culiya
yataqda, Maykl isə çarpayının yanındakı xırda stolun
arxasında. Maykl qəzet oxuyan vaxt Culiya iti, sınayıcı
nəzərlərlə onu müşahidə edirdi. Hansısa iki-üç ay onu,
doğrudanmı, bu qədər dəyişmişdi? Bəlkə, bütün bu illər
uzunu o, Maykla onu ilk dəfə gördüyü gözlərlə
baxmışdı? Budur o, gənclik təravəti və gözəlliyi ilə Mid-
dlpulda səhnəyə çıxır və elə həmin andaca Culiya
dəlicəsinə ona aşiq olur. Maykl hələ də heyrətamiz
dərəcədə yaraşıqlı idi. Bir tərəfdən baxanda cəmi otuz
altı yaşı var idi, amma gənclik artıq arxada qalmışdı.
Qısa qırxılmış saçıyla, codlaşmış dərisiylə, hamar alnının
və gözlərinin ətrafını yavaş-yavaş zəbt eləyən yüngül
qırışlarıyla o, kişiydi. Bu, qətiydi və geriyə yol yox idi.
Özünün canavar balası kimi yerimək vərdişini itirmişdi.
Onun jestləri yeknəsəq idi. Ayrı-ayrılıqda bütün bunlar
xırda məsələydi, amma birlikdə hər şeyi dəyişirdi.
Maykl qocalmışdı.
Onlar əvvəlki kimi Londona ilk gəldikləri zaman
kirələdikləri mənzildə yaşayırdılar. Son vaxtlar Culiya
pis qazanmasa da Maykl orduda olduğundan yeri
dəyişməkdə bir məna görmürdülər. Amma indi, uşaq
gözlədikləri bir vaxtda bu mənzil, sözsüz ki, onlara çox
darısqal görünürdü. Culiya Ricents-parkda çox
bəyəndiyi bir evi göz elədi. İstəiyrdi ki, əvvəlcədən
orada məskunlaşıb doğumu gözləsin.
Evin pəncərələri bağa baxırdı. Qonaq və yemək
otaqlarının yerləşdiyi yarımzirzəminin üstündə iki yataq
otağı, ikinci mərtəbədə isə uşaq üçün gündüz və gecə
ayrıca istifadə oluna biləcək əlavə iki otaq var idi. Bu-
rada hər şey Mayklın çox xoşuna gəldi, hətta qiymət də
68