Page 65 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 65
Seçilmiş əsərləri
vermədi. Dedi ki, onlar hisslərinin işə mane olmasına
imkan verməməlidirlər. Tezliklə Maykl da tarixi pyes-
lərdən birində rol aldı.
Müharibə başlayanda hər ikisi roldaydı. Culiyanın
qürur və kədər hissinə rəğmən Maykl dərhal könüllülər
siyahısına yazıldı, amma hərbi nazirlikdə mühüm şəxs-
lərdən olan atasının köhnə hərbçi yoldaşının köməyilə
ona tezliklə zabit rütbəsi verildi. Maykl Fransa cəbhəsinə
göndəriləndə Culiya tez-tez ona ünvanladığı ittihamlara
görə, acı təəssüf hissi keçirib özünü o ki var qınayırdı.
Qərara aldı ki, əgər onu öldürsələr, intihar edəcək. Şəf-
qət bacısı kimi o da cəbhəyə yola düşmək istədi: ən azı
onunla bir torpağın üstə gəzəcəkdi. Amma Maykl an-
latdı ki, Culiyanın vətənpərvərlik borcu səhnədə çıxış-
larını davam etdirməkdən ibarət olmalıdır. Və o, Maykl
üçün sonuncu ola biləcək bu xahişi rədd etmək gücündə
deyildi. O, alay klubunda məşhur idi və aktyor olsa da,
yaşlı zabit kadrlar onu özlərininki sayırdılar. Belə
görünürdü ki, hərbçi ailəsindən çıxması ona öz mö-
hürünü vurub. O, instinktlə nəinki özünü peşəkar zabit
kimi aparır, hətta onlar kimi düşünürdü. Maykl qılıq-
lıydı, özünü aparmağı və əlaqələr qurmağı yaxşı baca-
rırdı. Odur ki, o, gec-tez mütləq hansısa generalın yaxın
dairəsinə düşməliydi. O, özünü yaxşı təşkilatçı kimi
göstərə bildi və müharibəinin son üç ilini baş koman-
danın qəpargahında keçirdi. Maykl mayor rütbəsi və
Fəxri legion ordeniylə qayıtdı.
Bu müddətdə Culiya bir sıra böyük rollar oynamış
və yeni nəslin ən yaxşı aktrisası adını almışdı. Müharibə
dövründə teatr inkişaf eləmişdi və Culiya uzun müddət
səhnədən düşməyən tamaşalarda oynamaqla tamaşa-
çının damarını tuta bilmişdi. Xərclər artmışdı və o,
Mayklın ağıllı məsləhətləri sayəsində çətinliklə də olsa,
antrenerlərdən həftəyə səksən funt qopara bildi. Maykl
İngiltərəyə məzuniyyətə gələndə Culiya hədsiz xoşbəxt
65