Page 62 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 62
yam Somerset Moem
Mayklın sözlərinin gəlib ona çatması üçün Culiya
bir neçə saniyə gözləməli oldu.
– Demək istəyirsən, indi evlənək?
– Əlbəttə, bu risqlidir, amma qarşıda bizi nəsə
gözləmirsə, risq eləməyə dəyər.
Culiya Mayklın sifətini əliylə tutub dodaqlarını
onun dodaqlarına yapışdırdı. Sonra ürəkdən köks
ötürdü.
– Sevgilim, sən qiyamətsən, sən yunan tanrısı qədər
gözəlsən, amma mən bütün həyatım boyu tanıdıqlarım
arasında sənin kimi dəlisini görməmişəm.
Axşam teatra getdilər. Şam yeməyindən əvvəl isə
birgə keçəcək xoşbəxt gələcəklərini bayram etmək və
onun şərəfinə tost demək üçün şampan şüşəsi sifariş
elədilər. Maykl Culiyanı otağının qapısına ötürəndə o,
öpüş üçün yanağını uzatdı.
– İstəyirsən, xeyirli axşamları sənə dəhlizdə
arzulayım? Bəlkə, birdəqiqəlik otağına keçim?
Culiya təmkin və ləyaqətlə:
– Yox, – dedi, – sevgilim, yaxşı deyil.
Culiya özünü nüfuzlu və köklü nəslin ənənələrinə
riayət etməli olan əsil-nəcabətli bir qız kimi hiss eləyirdi.
Bəkarəti onun ən böyük varidatıydı. O həm də görürdü
ki, ətrafdakılara olduqca yaxşı təsir bağışlayır. Əgər
Maykl əsl centlmendirsə, lənət şeytana, o da özünü əsl
xanım kimi aparmalıdır, ya yox? Culiya özünün nizam
verdiyi səhnədən elə razı qalmışdı ki, otağa keçərkən
ardınca qapını möhkəmdən örtüb qürurla addımlaya-
addımlaya sağ-sola başını nəzakətlə yelləməklə rəiyyəti
salamlayırdı. Budur, o, ağappaq əlini öpüş üçün qoca
baş lakeyə (uşaqlıqda Culiyanı o, tez-tez dizləri üstə
yelləyərdi) uzadır. Rəngi qaçmış dodaqlar onun əlinə
yapışanda Culiya ora nəsə damdığını hiss elədi. Göz
yaşlarıydı.
62