Page 59 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 59
Seçilmiş əsərləri
– Di sənə uğurlar. Özü də yaddan çıxarma ki, o,
sənə layiq deyil. Sən gəncsən, gözəgəlimlisən, həm də
İngiltərənin ən yaxşı aktrisasısan.
Qatar tərpənəndən sonra Cimmi stansiyanın bu-
fetinə yollanıb sodalı viski sifariş elədi. Ürəyində: “İnsan
tayfası necə də axmaqdı”1, – deyib ah çəkdi. Bu vaxt Cu-
liya boş kupedə dayanıb pəncərədən çölə baxırdı.
“Ağzım çox böyükdü, sifətim elə bil, yüklənib, bur-
num həddən artıq kökdü, amma, şükür ki, gözümlə
ayaqlarım gözəldi. Üz-gözümə çox çəkməmişəm ki?
Maykl səhnədən kənar qrimi xoşlamır. Amma mən do-
daq boyası olmadan və ənliksiz pis görünürəm. Kirpik-
lərimə söz ola bilməz. Əşi, lənət şeytana, mən elə də kifir
deyiləm”.
Axırıncı anadək Cimminin onu buraxıb-burax-
mayacağını bilmədiyindən Culiya onu qarşılayacağını
Maykla xəbər eləməmişdi. O həm məəttəl qalmışdı, həm
də açıq-aşkar sevinirdi. Onun gözəl gözləri işım-işım
parlayırdı.
Culiya:
– Sən lap gözəlləşmisən, – dedi.
Maykl gülə-gülə Culiyanı qucaqlayıb:
– Bəsdi, səfehləmə, – dedi. – Sən axşamacan yubana
bilərsən də?
– Mən sabah səhərə qədər yubana bilərəm. Do-
yunca çərənləyə bilməyimiz üçün “Adelfi”də iki otaq
sifariş eləmişəm.
– “Adelfi” bizim üçün həddən artıq baha deyilmi?
– Məgər sən Amerikadan hər gün qayıdırsan? Tü-
pürəsən o pula.
– Bax, sən beləsən də. Mən bizim doka2 nə vaxt daxil
olacağımızı bilmirdim. Ona görə də, evə yazmışdım ki,
1 Uilyam Şekspir – “Yay gecəsinin yuxusu”
2 dok – gəmi təmir olunan yer
59