Page 58 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 58
yam Somerset Moem

Culiya elə bir ucdan Maykla məhəbbət və qeybət
dolu qalın-qalın məktublar yazırdı. O isə həftədə bir dəfə
aydın, səliqəli xəttlə, nə az-nə çox, düz dörd səhifəlik
cavab yazırdı...İmza yerində “səni sevən...” sözü dəyiş-
məz qalsa da, bu məktublar əsasən məlumatlar yığına-
ğından ibarət olurdu. Bununla belə, Culiya bu məktubları
həmişə həsrətdən az qala boğula-boğula gözləyir və
dönə-dönə oxuyurdu. Mayklın diqqətə çatdırdığı bircə
bu idi ki, ona elə hey cındır rollar təklif olunur, oynadığı
pyeslərdə teatr adına heç nə yoxdu. Məktublarında
Maykl özünü tox tutsa da, teatr aləmində xəbər çox tez
yayılır. Və burada Culiyanın qulağına gəlib çatdı ki,
Maykl orada uğur qazana bilməyib.

Ürəyində öz-özünə dedi:
“Əlbəttə, mən tərəfdən heyvərəlik kimi görünsə də,
belə olmağına elə şadam ki”.
Maykl qayıdacağı tarixi xəbər eləyəndə Culiyanın
sevindiyindən uçmağa qanadı yox idi. O, Cimmini
proqramı ona uyğun hazırlamağa məcbur elədi ki, Li-
verpula gedib Mayklı qarşılaya bilsin.
Culiya dedi:
– Əgər gəmi gec gəlib çatsa, bəlkə, orada gecələdim.
Cimmi bic-bic gülümsədi:
– Deməli, sən elə fikirləşirsən ki, evə qayıdan
Mayklı o basabasda yoldan çıxara biləcəkən?
– Nə heyvan adamsınız!
– Ürəyinə alma, gözümün nuru. Məndən sənə
məsləhət: əvvəl onu içir, sonra otağın qapısını bərk-bərk
bağlayıb de ki, mənim qızlığımı almayınca səni buradan
buraxan deyiləm.
Culiya yola çıxanda Cimmi onu stansiyaya qədər
ötürdü. Vaqona əyləşdirəndə əllərinin üstündən
ehmalca vurdu.
– Əzizim, həyəcanlısan?
– Ah, Cimmi, əzizim, mən həm dəlicəsinə xoş-
bəxtlik, həm də vahimə içindəyəm.

58
   53   54   55   56   57   58   59   60   61   62   63