Page 53 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 53
Seçilmiş əsərləri

onun əlindən çıxmaq istəsə də, mümkün deyildi. Çünki
Culiya həm güclü, həm də hirsliydi.

– Əl çək!
– İblis, donuz, iyrənc, murdar heyvan!
Cimmi əl-qolunu açıb ona bir şapalaq ilişdirdi. Cu-
liya qeyri-ixtiyari onu buraxıb əlini üzünə apardı. Cim-
minin şapalağı tutarlı alınmışdı. Culiya ağladı.
– Əclaf! İtin balası! Qadına əl qaldıran!
– Sən bu sözləri bir başqasına de, əzizim. Məgər
bilmirsən ki, lap qadın olsa belə, kim məni vursa,
cavabını alacaq?
– Mən sizə toxunmadım.
– Sən az qala məni boğmuşdun.
– Sən bu cəzaya layiqsən. İlahi, mən səni öz əllərim-
lə öldürərdim.
– Haydı, otur quzu. İndi sənə bir az viski süzərəm,
özünə gələrsən. Sonra da hər şeyi mənə danışarsan.
Culiya əyləşmək üçün gözüylə otaqda kreslo
axtardı.
– Bura əsl donuzxanaymış ki. Niyə yır-yığış eləmək
üçün bura xadimə dəvət eləmirsiz?
Culiya gözünə dəyən kreslonun üstündəki kitabları
əsəbi hərəkətlə döşəməyə səpələdi, özünü həmin otu-
racağa atdı və bu dəfə əməlli-başlı ağladı. Cimmi Culi-
yaya babat həcmdə viski süzdü, azca miqdarda soda
əlavə elədi və zorla içirtdi.
– Di indi izah elə görüm, “Toska”dan1 olan bu səh-
nəyə səbəb nədir?
– Maykl Amerikaya gedir.
– Doğrudan?
Culiya Cimminin onun çiyinlərini qucaqlayan
qolları arasından çıxdı.

1 Toska – İtaliya bəstəkarı Cakomo Puççininin (1858-1924) operası

53
   48   49   50   51   52   53   54   55   56   57   58