Page 49 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 49
Seçilmiş əsərləri

artıq uzun illərdi, evlidirlər. Amma özünə xas nəcibliklə
Maykl Culiyanın bütün sevgi işarələrini mərhəmətlə və
iltifatla qəbul edirdi. Ona qısılıb oturmaqdan ötrü
Culiyanın ürəyi gedirdi. Mayklın əli onun belini qu-
caqlayıb, budur, Culiyanın yanağı onun yanağına
sürtülür və əgər o, öz ac ağzıyla Mayklın kifayət qədər
nazik dodaqlarına yol tapa bilirdisə, bu əsl cənnət
həzziydi. Amma, doğrusu, onlar belə oturan vaxtlarda
Maykl daha çox oynadıqları rolları, yaxud gələcək
planları müzakirə etməyə üstünlük versə belə, Culiya
yenə xoşbəxt idi. Culiya onun gözəlliyindən doymurdu.
Necə sivri burnu, necə gözəl qıvrım şabalıdı saçları
olduğunu Culiya Maykla deyəndə o, bu tərifin şirin-
liyindən məst olurdu. Budur, Mayklın əli onun belini
qucaqlayıb və Culiya onun gözlərindən axan zərifliyə
baxır.

– Sevgilim, sən məni lap tovuz kimi özünə vurğu-
nun birisi eləyəcəksən.

– Amma sənin ilahi gözəlliyini inkar eləmək, sadə-
cə, səfehlikdi.

Culiya, həqiqətən də, bu qənaətdəydi və ona görə
belə deyirdi ki, həm özü öz sözlərindən ləzzət alırdı,
həm də bunun Maykla xoş gəldiyini bilirdi. Maykl ona
nəvaziş göstərirdi, onunla qürrələnirdi, onunla birlikdə
olmaqdan xoşhal idi, ona inanırdı, amma Culiya çox
gözəl bilirdi ki, Maykl ona aşıq deyil. Təskinliyi bu idi
ki, Maykl onu özünəxas üsulla sevir və onlar evlənəndən
sonra Culiyanın ehtirası ona da ehtiras gətirəcək. Hələlik
isə Culiya bütün bacarığını işə salıb həddən ziyadə
təmkin göstərirdi. Bilirdi ki, heç vəchlə onu darıxdıra
bilməz. Bilirdi ki, ona yük olmamalıdır, Maykl onun
xatirinə nəsə eləməyə məcbur olmaq kimi hisslərdən
həmişə kənar olmalıdır. Maykl qolf oynamaq, yaxud
hansısa təsadüfi bir tanışıyla nahar eləmək üçün onu

49
   44   45   46   47   48   49   50   51   52   53   54