Page 44 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 44
yam Somerset Moem

idi. Heyrətli olan, kiminsə hansısa ağılla bütün bunları
İngiltərəyə daşıyıb gətirməyə qərar verməsi idi.

Culiya heç də axmaq deyildi. Polkovnikin təmkinlə,
missis Qosselinin utancaqlıq pərdəsi arxasından ona göz
qoyduqlarını başa düşmək üçün Culiyaya çox vaxt lazım
gəlmədi. Ürəyinə damdı ki, Maykl onu bura valideyn-
lərinə göstərmək üçün gətirib. Niyə? Cavab yalnız bir
ola bilərdi və elə bu, Culiyanın ağlına hakim kəsiləndə
ürəyi sinəsində quş kimi çırpınmağa başladı. Culiya
görürdü ki, Maykl onun yaxşı təsir bağışlamasını çox
istəyir. İntuisiyası Culiyaya deyirdi ki, aktrisalığını
gizlətməlidir. Odur ki, özünə əziyyət-filan vermədən,
məqsəd güdmədən bütün ömrünü can rahatlığıyla təbiət
qoynunda keçirən sadə, ciddi, ürəyiaçıq qız obrazına
girdi. Hiss edirdi ki, bu qiyafədə onu bəyənəcəklər. Pol-
kovniklə bağda gəzərkən nəfəsini belə dərmədən onun
noxud və qulançar haqqında dediklərini dinləyir, qonaq
otağını başına alan bəzəkli şeylərin üstünün tozunu
silməkdə, gülləri sulamaqda missis Qosselinə kömək
edirdi. O qadın Culiya ilə Maykl barədə danışırdı. Onun
səhnə istedadından, insanlar arasındaki şöhrətindən söz
açırdı, Mayklın gözəlliyindən qürur duyduğunu deyir-
di. Culiya görürdü ki, missis Qosselin hər ikisiylə fəxr
edir və daxilindən gələn səs Culiyaya deyirdi ki, əlbəttə,
həddən ziyadə ölçülü, sanki, hər şeyi gizlində saxlamaq
istəsə də, özündən xəbərsiz sirri üzə çıxan bir tərzdə
onun oğluna bir könüldən min könülə vurulduğunu
büruzə versə, bu missis Qosselinin xoşuna gələcək.

Missis Qosselin:
– Təbii ki, biz onun uğur qazanacağına ümidliyik –
dedi, – amma o, səhnəni seçəndə bir o qədər də sevin-
mədik. Biz hər iki tərəfdən nəsillikcə hərbiçiyik. Sıra
Maykla çatanda o, başqa söhbət eşitmək belə istəmədi.
– Hə, əlbəttə, sizin nə demək istədiyinizi yaxşı başa
düşürəm.

44
   39   40   41   42   43   44   45   46   47   48   49