Page 43 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 43
Seçilmiş əsərləri

üstündəki profili xatırladırdı. Özünü istiqanlı göstərsə
də, təmkinini unutmurdu. O, polkovnikləri yalnız səh-
nədən tanıyan Culiyanın qorxduğu kimi zalım, yaxud
tez özündən çıxanın birisi deyildi. Culiya onun belə
ədəbli, kifayət qədər təmkinli səslə necə komanda ver-
məsini ağlına sığışdıra bilmirdi. Doğrusu, Qosselin ala-
yın fəxri rəhbəri vəzifəsindən istefaya göndəriləndə
arxasında elə də şərəfli hərbi keçmişi qalmamışdı. Artıq
uzun illər idi ki, o, ya öz bağında eşələnməklə, ya da
klubda bric oynamaqla kifayətlənirdi. “Taym”ı oxuyur,
bazar günləri kilsəyə yollanır və arvadıyla çay qonaq-
lığına gedirdi. Missis Qosselin ucaboylu, kök, yaşlı bir
qadın idi. Hətta ərindən hündür idi və hər dəfə ona
baxanda adama elə gəlirdi ki, o qadın daim büzüşüb ba-
laca görünməyə çalışır. Keçmişin cazibəsinin izləri hələ
də simasında qalmışdı. Və bu, onun gəncliyində gözəllər
gözəli olduğundan xəbər verirdi. O, saçının düz orta-
sından tağ ayırıb hörüklərini boynunun arxasına yığırdı.
Sifətinin klassik cizgilərinə və boyuna görə, missis Qos-
selin Culiyanın gözünə ilk baxışdan kifayət qədər
əzəmətli göründü, amma tezliklə məlum oldu ki, o qa-
dın həddən ziyadə utancaqmış. Onun hərəkətləri ləng
və donuq idi, geyimi qəti ona yaraşmırdı – zövqsüz,
köhnədəbli zər-ziba. Utanmaq nə olduğunu yerli-dibli
bilməyən Culiya gəncliyini çoxdan arxada qoymuş
qadının bu utancaqlığından əməllicə təsirlənmişdi. Mis-
sis Qosselinə ömrü boyu aktrisa ilə görüşmək nəsib
olmamışdı və o, bu çətin vəziyyətdə özünü neçə apar-
malı olduğunu bilmirdi. Ev elə də möhtəşəm deyildi:
çox da böyük olmayan içi malalı yaşayış yeri və hasarı
diri dəfnə kollarının əvəzlədiyi bağ. Qosselinlər bir neçə
illərini Hindistanda keçirdiklərindən otaqlarda böyük
mis məcməyilər və güldanlar var idi, əllə işlənmiş balaca
stolların üstünə isə hind naxışları vurulmuşdu. Bütün
bunlar oranın bazarından çox ucuz qiymətə alınan şeylər

43
   38   39   40   41   42   43   44   45   46   47   48