Page 48 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 48
yam Somerset Moem

BEŞİNCİ HİSSƏ

İndi Culiya əlində gəlinlik paltarında olduğu fotonu
tutmuşdu.

“İlahi, bu ki müqəvvadı!”
Onlar bu sövdələşməni gizli saxlamağa qərar
verdilər. Culiya bu haqda yalnız Cimmi Lenqtona,
truppadakı qızlardan ikisinə, ya üçünə, bir də öz
dərzisinə dedi. Onlar susmağa söz versələr də, nədənsə
cəmi iki gündən sonra Culiyanın heyrətinə rəğmən
bütün teatr bu haqda danışırdı. Culiya xoşbəxtlikdən
özünü göyün yeddinci qatında hiss edirdi. O, indi
Mayklı əvvəlkindən də güclü ehtirasla sevirdi. Əgər
Mayklın ağlı, təmkini qarşısını kəsməsəydi, Culiya elə
günü bü gün sevinc içində ona ərə gedərdi. Onlar kim
idilər axı? İki əyalət aktyoru. Bir-biriylə nigahla bağlanan
cütlüyün Londonu fəth etmək istəyi isə xülya qədər
əlçatmaz bir şey idi. Culiya həm bacardığı qədər gizli,
həm də gün kimi aydın tərzdə Maykla işarə etdi ki, nika-
hacan onun məşuqəsi olmağa hazırdı. Amma o razı
olmadı. Culiyanın sevgisindən sui-istifadə etməyə
Mayklın tərbiyəsi imkan verməzdi. O, Culiyaya bir
şeirdən iqtibas gətirdi:
– “Öz şərəfimi belə əziz tutmasaydım, səni də belə
əziz bilməzdim”1.
Maykl əmin idi ki, əgər nikahacan ər-arvad kimi
yaşamağa başlasalar, evlənəndə bu hərəkətlərinin acı
təəssüfünü yaşayacaqlar. Culiya onun prinsipləriylə
qürurlanırdı. Maykl ona qarşı diqqətli, nəvazişli, nəcib
idi, amma az sonra Culiyaya təbii bir axarla öyrəşib
isinişdiyi bir varlıq kimi yanaşmağa başladı. Mayklın
ona olan dostyana, amma həm də haradasa bir qədər
etinasız hərəkətlərindən belə anlamaq olardı ki, onlar

1 Riçard Lavleysin (1618-1658) “Lukastye müharibəyə gedəndə” şeirindən

48
   43   44   45   46   47   48   49   50   51   52   53