Page 36 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 36
yam Somerset Moem

tərzdə baş verirdi ki, elə bil, o, “Kandida”da birlikdə
oynadığı yaşlı aktrisanı öpürdü. Maykl mərhəmətli, xe-
yirxah, nəvazişliydi, amma nə qədər ağır olsa da, Culiya
görməyə bilməzdi ki, Mayklın ona qarşı münasibəti
yoldaşlıqdan o yana keçmir. Amma Culiya onu da bilirdi
ki, Mayklın başqa bir sevgilisi yoxdu. Özünə yazılan
sevgi məktublarını Maykl ucadan gülə-gülə ona oxu-
yurdu, qadınlar gül dəstələri göndərəndə isə onları tez
gətirib Culiyaya verirdi.

– Ay səfehlər, – deyirdi, – maraqlıdır, görən
ağıllarından nə keçir?

Culiyanın sözü qısa olurdu:
– Məncə, bunun cavabı çox sadədir.
Culiya Mayklın bu diqqətə əhəmiyyət vermədiyini
bilsə də, hər halda, hikkəsini boğa bilmirdi, qısqanırdı.
– Əgər burada, Middlpulda kiməsə ilişsəm, dün-
yanın ən axmaq adamı olaram. Çoxunun ağzından süd
iyi gəlir. Gözümü qırpmağa macal tapmamış, bir də gör-
dün, valideyni gəlib ki, bəs qızımla nə vaxt nikah bağ-
layırsan?
Culiya öyrənmək istəyirdi ki, bəs Bensonun trup-
pasında olduğu vaxtlarda necə, Maykl kiminləsə
gəzibmi? Get-gedə aşkara çıxırdı ki, gənc aktrisalardan
bəziləri ona biganə olmayıblar, amma Maykl həmişə
hesab eləyib ki, bir truppada işlədiyi qadına baş qoşmaq
dəhşətli səhvdi. Bunun axırı heç vaxt yaxşı olmur.
– Özün bilirsən ki, aktyorlar necə qeybət qılan,
sözgəzdirəndilər. Cəmi iyirmi dörd saatdan sonra hər
şey hamıya məlum olacaq. Belə bir işə girişəndə so-
nunun nəylə qurtaracağını əvvəlcədən bilmək mümkün
deyil. Xeyr, mən risq eləmək istəmirəm.
Əylənmək həvəsinə düşəndə Maykl Londondan bir
qədər kənarlaşacağı günü gözləyirdi. Orada “Qlobus”
restoranına gedib qızlardan birini qarmağına keçirirdi.
Əlbəttə, bu, baha başa gəlirdi, özü də, əslində, heç xərc-

36
   31   32   33   34   35   36   37   38   39   40   41