Page 35 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 35
Seçilmiş əsərləri
nışdıqları ona çox təsir etdi. Mayklın barmağında gəz-
dirdiyi möhürlü üzük də çox xoşuna gəlirdi. Üzükdə qa-
ban başı təsvir olunmuş və belə bir söz yazılmışdı:
“nemo me impune lacessit”.
Culiya nəvazişlə ona:
– Mənə elə gəlir ki, sənin gözündə qürur duyduğun
ailəniz yunan tanrısından da böyükdü, – dedi.
O da cazibədar təbəssümüylə belə cavab verdi:
– Hamı gözəl ola bilər, amma xeyirxah bir insan
kimi böyümək heç də hamıya nəsib olmur. Düzünü
desəm, centlmen oğlu olmağıma görə, fəxr eləyirəm.
Culiya özünü toparlayıb:
– Amma mən baytar qızıyam, – dedi.
Mayklın sifəti bir anlığa daş kimi donub qaldı,
dərhal da ayılan kimi olub gülümsədi:
– Əlbəttə, sənin atanın kimliyi elə bir xüsusi məna
kəsb eləmir. Atam söhbətlərimizdə alay baytarını tez-tez
xatırlayırdı. O, hərbiçilər üçün zabitlərlə eyni cərgədə
idi. Atam həmişə deyirdi ki, o, alayda ən yaxşılardan idi.
Mayklın Kembrici bitirməsi də Culiyaya xoş idi. O,
təhsil aldığı kollecin avarçəkmə komandasındaydı və bir
ara onu universitet yığmasına daxil etmək söhbəti də var
idi.
– Aydın məsələdi ki, bunu sox istəyirdim. Çünki
sonralar mənə çox lazım olardı. Bundan reklam məqsə-
diylə yaxşıca istifadə etmək olardı.
Görəsən, Mayklın Culiyanın ona vurulub-vurulma-
dığından xəbəri vardımı? O, bunu Maykldan soruşmağa
ürək eləmirdi. O özü isə heç vaxt qabağa düşmürdü. Cu-
liya ona xoş gəlirdi və eyni məclisdə olanda Maykl on-
dan, demək olar ki, bir addım da aralanmırdı. Bazar
günləri bəzən onları nahara, yaxud təmtəraqlı şam ye-
məyinə dəvət edəndə ora birlikdə gedib, oradan birlikdə
çıxmaları Maykla tamamilə təbii görünürdü. Qapının
ağzında ayrılanda Maykl onu öpürdü, amma bu, elə
35