Page 24 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 24
yam Somerset Moem

Maykl əyalətboyu çıxdıqları qastrollar zamanı müxtəlif
rollar oynayırdı. Amma tezliklə başa düşdü ki, Şekspirlə
çox uzağa gedə bilməyəcək, əgər aparıcı aktyor olmaq
istəyirsə, müasir pyeslərdə oynamağı da öyrənməlidir.
Middlpulda özünə böyük diqqət cəlb edən daimi trup-
palı və daimi repertuarlı bir teatr var idi. Bu teatra
Ceyms Lenqton adlı birisi rəhbərlik edirdi. Bensonun
truppasında üç il çalışdıqdan sonra onların Middlpula
növbəti səfəri öncəsi Maykl Lenqtona onunla görüşmək
istədyini yazdı.

Rubensin harın şəhərlilərinə oxşayan qırx beş yaşlı
bu kök, keçəl, alyanaq kişi teatr vurğunu idi. O, eksen-
trik, təkəbbürlü, aşıb-daşan enerjiyə malik, şöhrətpərəst
və əvəzolunmaz bir məxluq idi. O oynamağı da sevirdi,
amma zahiri görünüşü çox az rola uyğun gəlirdi. Bir
tərəfdən belə olmağı yaxşıydı, çünki aktyor kimi onun
qaraqəpiklik qiyməti yox idi. O, bu işdə özünəxas
ürəyiaçıqlığının həddini bilmirdi və rollarını nə qədər
ölçüb-biçsə də, onların üzərində nə qədər çalışsa da,
sonda hamısı qorteksə çevrilirdi. Hər hərəkəti, hər sözü
həddən ziyadə qabardırdı, truppayla məşq eləyəndə isə
tamam başqa cür olurdu, təbiiliyi qəti yaxın buraxmırdı.
Bir sözü belə lazımı ahəngdə deyə bilməyən Cimminin
ağzından fərqli olaraq, ideal qulağı var idi. Kiminsə səsi
yerində olmayanda dərhal sezirdi. Aktyorlara deyirdi ki,
təbii olmayın, səhnə təbiiliyi sevmir, burada hər şey
quramadı, amma, əlbəttə ki, gərək özünü təbii göstə-
rəsən. Cimmi aktyorların canından bütün şirələrini çəkib
çıxarırdı. Səhər ondan ikiyə qədər repetisiya idi, sonra
axşam tamaşası öncəsi rollarını bir də öyrənib dincəlmək
üçün onları evlərinə buraxırdı. O, aktyorları danlayır,
üstlərinə qışqırır, təlxək yerinə qoyurdu. Yaxşı pul da
vermirdi. Bununla yanaşı, aktyor təsirli səhnəni yaxşı
oynayanda uşaq kimi ağlayırdı, hansısa gülməli sözü o
istəyən tək izhar eləyəndə uğunub özündən gedirdi.
Razı qalanda səhnədə tək ayaqla atılıb-düşürdü, əsəbi-
ləşəndə pyesi döşəməyə tullayıb tapdalayırdı və bu

24
   19   20   21   22   23   24   25   26   27   28   29