Page 20 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 20
yam Somerset Moem
– Culiya kimi aktrisanın özünü göstərməsi üçün,
sadəcə, əsər lazımdı. Bunu ona versək, kifayətdir,
qalanını özü edəcək.
Culiya cazibədar, həm də azca xəcalət duyulan tə-
bəssümlə gəncə baxdı:
– Ərimin dediklərini elə də ciddi qəbul eləmək la-
zım deyil. Mənim haqqımda danışanda o, bəzən ənda-
zəni aşır.
– Əgər bu gənc insanın bu sahədən müəyyən məlu-
matı varsa, bilməlidir ki, aktyorluq sənətində sənin
bacarmadığın nəsə yoxdu.
– Mən, sadəcə, bacarmadığımı eləməkdən çəki-
nirəm. Mənə nüfuz gətirən də budur.
Elə bu vaxt Maykl saatına baxdı.
– Hə, gənc oğlan, biz getməliyik.
O gənc fincanında qalanı birnəfəsə başına çəkdi.
Culiya stolun arxasından qalxdı.
– Mənə fotonuzu hədiyyə edəcəyinizi unutmamı-
sınız ki?
– Elə bilirəm, Mayklın kabinetində sizin üçün bir
şey tapılar. Gedək, bir yerdə seçək.
Culiya onu yeməkxananın arxasındakı iri otağa gə-
tirdi. Bu otaq Mayklın kabineti hesab olunsa da – “məgər
insana hər səsdən-küydən uzaqlaşmaq, təklənib qəlyan
çəkmək lazım deyilmi” – evə qonaq gələndə buradan,
əsasən, qarderob kimi istifadə olunurdu. O biri tərəfdə
qırmızı ağacdan düzəldilmiş çox gözəl yazı stolunun
üstündə Georqun və şahzadə Mariyanın şəxsi imza-
laryla fotoları vardı. Sobanın üstündə Lorensin1 fırça-
sından çıxan şəkil, Kemblin Hamletin qiyafəsindəki
portretinin köhnə surəti asılmışdı. Stolun üstündə maki-
nada çap olunan bir qalaq pyes vardı. Divarboyu aşağı
tərəfindən qapıları bağlı kitab rəfləri düzülmüşdü.
Culiya qapını açıb oradan çəkdirdiyi son fotolarını çıxar-
dı. Onlardan birini gəncə uzatdı.
1 Lorens – ingilis rəssamı Tomas Lorens (1769-1830)
20