Page 97 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 97
mış yaşlı həyat aşiqinin məktubları

geriyә baxanda, hәrdәn özümә sual verirәm: vaxtında MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
evlәnsәm, uduzmazdım ki? Evlilik dә intihar kimi sira-
yәtedicidi. Mәnim ailәmdә isә hәmişә subaylar üstünlük 97
tәşkil elәyib. Sağ qalan dörd uşaqdan (sәkkiz uşaq ol-
muşuq) yalnız böyüyü – Teodor evlәnib, rәhmәtlik
anamın ailәsindәn isә – tәkcә özü; qardaşları Onofre,
Bernardo, Siksto, Leonsio subay qalıblar, hәm dә zәif
olublar – heç biri altmış yaşına çatmayıb. Argentinaya
mühacirәt edib, La Çakaritedә dәfn olunan rәhmәtlik
dayımdan savayı, onların hamısı Kremanesdә basdırı-
lıb.

Özünüz gördüyünüz kimi, ailә әnәnәsi insana gen
vә mühit qәdәr tәsir elәyir, bir şәrtlә ki, bu әnәnәni
hәmin genlәr vә mühit formalaşdırmamış olsun. Çox
mümkündü ki, Onofre dayım, qәbri nurla dolsun,
vaxtında evlәnsәydi, biz dә ondan nümunә götürәrdik.
Biz insanlar, o cümlәdәn, ailәlәr hәmişә inersiya ilә idarә
olunuruq.

Ailәm haqqında belә tәfәrrüata vardığıma görә mә-
ni bağışlayın vә ayaqlarınızı öpәn sadiq bәndәnizin
sәmimi salamlarını qәbul edin.

E.S.

18 iyun

Əziz dost!
Yox, yox, xahiş elәyirәm, belә danışmayasınız! Son
mәktubumu sözbәsöz xatırlamıram, ancaq mәni, hәtta
zarafatla belә öz qohumuna göz dikәn şәhvәtpәrәst
adlandırmamalısınız. Mәrhum bacım Rafaela ilә, tәqaü-
dә çıxandan sonrakı son illәr istisna olmaqla, demәk
olar, bir yerdә yaşamamışdıq, buna görә müәyyәn mә-
nada onu kәnar şәxs kimi qәbul elәyirdim. Bәlkә dә,
hәmişә onun qarşısında hiss elәdiyim mәftunluğu mәhz
   92   93   94   95   96   97   98   99   100   101   102