Page 101 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 101
mış yaşlı həyat aşiqinin məktubları

Hәmişәki kimi, bu gün sәhәr yuxudan bir az kefsiz MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
durdum, nә isti vanna, nә üst-başımı sәylә qaydaya sal-
mağım pis ovqatımı aradan qaldırmadı. Haçansa yoqa, 101
psixikanı idarә etmәk barәdә bir neçә kitab oxumuşam
vә onların hamısı bir şeydә üst-üstә düşür: gәrginliyi
götürmәk üçün tәnәffüsün vacibliyi. Dәrindәn, sinә do-
lusu yavaş-yavaş nәfәs almaq vә şindәn hava buraxırmış
kimi, birdәn nәfәsi vermәk. Şәrq fәlsәfәsinә görә, bizim
әhvalımız ağ ciyәrimiz-dәn necә istifadә etmәkdәn çox
asılıdı. Əgәr vur-tut tәmiz hava ilә nәfәs aldığım üçün
kәnddә özümü sakit vә möhkәm hiss elәyirәmsә, görü-
nür, bunda müәyyәn qәdәr hәqiqәt rüşeymi var. Başqa
qaydaya görә, hal-hazırda mәşğul olduğumuz iş nә
qәdәr cüzi olsa da, özümüzü ona elә vermәliyik ki, sanki
hәyatımız onun yerinә yetirilmәsindәn asılıdı. Misal
üçün, hәtta sәhәr tualeti kimi sadә bir proseduranı da
tәlәsmәdәn elәmәk, әn narahat vücuda belә rahatlıq
gәtirәr. Bu ümidlә hәr gün tualetimi bütöv bir mәrasimә
çevirdim: uzanıb köpüyün içindәn ada kimi qalxan qar-
nımı seyr etdiyim ilıq vanna, sonra bәdәnimi ovuş-
durmaq, diqqәtlә üz qırxmaq – keçmiş vaxtlardakı kimi
ülgüclә – saçlarımın dibini masaj elәmәk vә sairә. Adә-
tәn, mәn bu gigiyenik proseduralara mexaniki, tәlәsik
başlayıram, sonra rahatlanıb, bunların dadını çıxarmağa
çalışaraq yavaş-yavaş tempi azaldıram vә tualeti sona
çatdıranda artıq tәmkinli, sakit bir adam oluram.
Əlbәttә, istisnalar da olur. Hәrdәn lәzzәt almaq istәyi vә
özümü tәlәsdirmәmәyә çalışmağım mәni daha da
әsәbilәşdirir. Bu gün sәhәr dә elә oldu, sәbәbini bilmә-
sәm dә, günahın bir qisminin Sizdә olduğunu fikirlә-
şirәm. Axırıncıdan әvvәlki mәktubunuzdan sonra
çaşqınlıq içindәyәm. Mәnim Rafaelaya olan münasibә-
tim haqqında zarafatlamı, ya ciddimi, ağlıma belә gәl-
mәyәn ifadәlәrlә ikibaşlı sözlәr işlәtmisiniz. Bacardığım
qәdәr qәrәzsiz olmağa çalışaraq, o vaxtkı hisslәrimi,
onunla ünsiyyәtimdәki ziddiyyәtli tәfәrrüatları saf-
   96   97   98   99   100   101   102   103   104   105   106